Laçında teatr bayramı

Laçında teatr bayramı
15 avqust 2023
# 16:17

Laçın şəhərində teatr və kino xadimlərinin iştirakı ilə yay düşərgəsi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) xüsusi seçimlərdən keçən tələbə və məzunlarının da iştirak etdiyi 20 günlük yay düşərgəsində üç tamaşa hazırlanıb.

Düşərgənin təşkilində əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizdə ilk dəfə olaraq tamaşalar hazırlamaq, milli mədəniyyətimizi inkişaf etdirməkdir.

Qeyd edək ki, tamaşalarda ADMİU-nun SABAH qrupları və Teatr sənəti fakültəsinin tələbə və məzunları Aslanlı Nihad, Qasımova Gülçin, Ağayev Nurlan, Rəfiyev Məmməd, Səmədli İlqar, Nurəliyev Elçin, Səbinə Hüseynova, Günəş Bağırsoy, Ayşən Əsədova iştirak edibər.

# 1459 dəfə oxunub

Müəllifin son yazıları

# # #