"Əlvida Şmidt" filmi təqdim olundu

"Əlvida Şmidt" filmi təqdim olundu
20 aprel 2019
# 12:00

Aprelin 19-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Mozalan” studiyasında çəkilmiş “Əlvida Şmidt” bədii filminin təqdimatı keçirildi.

Kulis.az-ın verdiyi xəbərə görə, mərasimdə Mədəniyyət naziri Əbülfəs Qarayev, bir sıra dövlət xadimləri, kino ictimaiyyətinin nümayəndələri iştirak edib.

Yaradıcı heyət tamaşaçılara təqdim olunduqdan sonra filmin ssenari müəllifi və rejissoru Əli-Səttar Quliyev çıxış edərək filmin ideyasını açıqladı: “Film sevgidən, dostluqdan, multikultural dəyərlərdən bəhs edir”. Həmçinin rejissor ekran əsərinin yaxın vaxtlarda beynəlxalq kinofestivallarda iştirak edəcəyini söylədi.

Daha sonra filmin redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, yazıçı, ssenarist İlqar Fəhmi çıxış edərək filmin pozitiv enerji üzərində qurulduğunu söylədi. “Ədəbiyyatda incəsənətdə bir neqativ dekadens ab-havası var və nə yaxşı ki bu film pozitiv enerji ötürür”

Filmdə baş rollarda aktyorlar Azər Aydəmir, Rasim Cəfər, rollarda Xalq Artistləri Qurban İsmayılov, Rasim Balayev, Rafiq Əliyev, Şamil Süleymanlı, Zemfira Sadıqova çıxış edir.

Filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifləri Rüstəm Babazadə və Əli-Səttar Quliyev, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı İsfar Sarabski, icraçı prodüseri Tərlan Babayev, bədii rəhbəri Lalə Kazımovadır.

“Əlvida Şmidt” filmi etnik almanların Azərbaycana köçürülməsinin 200 illiyinə həsr olunub.

# 4569 dəfə oxunub

Müəllifin son yazıları

# # #