AYB-də yubiley olacaq

AYB-də yubiley olacaq
24 may 2017
# 10:46

AYB-də Şair Ağaveyis Şirvaninin 75 illiyi münasibətilə tədbir keçiriləcək

Mayin 24-ü, saat 14-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda şair Ağaveyis Şirvaninin 75 illik yubileyi və son kitabı “Sağalan deyil”lə bağlı tədbir keçiriləcək.

Görüşdə tanınmış qələm adamları və ziyalıların iştirakı nəzərdə tutulur.

Tədbirin aparıcısı yazıçı-dramaturq-publisist, Azərbaycan Yazıçılar Bilriyinin müşaviri Elçin Hüseynbəylidir.

Ağaveyis Şirvanı tarixçi və ilahiyyatçıdır, söz adamıdır. İndiyə kimi şeir və poemalardan ibarət 8 kitabı nəşr olunub.

Şairə yaradıcılığının 60 illiyi münasibətilə Azərbaycan Yazıçılar Birliyinin fəxri-fərmani təqdim ediləcək.

# 895 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #