Salam, hörmətli, Kulis! Bu günlərdə mən çox acı anlar yaşadım. Dostum Abbasov İlkin şəhid oldu. Onun da ürəyindən keçən son sözlərini şeirə çevib Sizə göndərirəm . Xahiş edirəm, bu şeiri onun şəkli ilə paylaşın.
Hörmətlə, Eşqin Məmmədov
Bəlkə mənə tanrı rəva bilmədi,
Dərəmmədim bu gülləri, bir daha.
Bu şeirin başqa cürdür qisməti
Ovundurar könülləri, bir daha.
- Kapitan Tsubasa üçün son fit çalındı
- Məşhur Nobel mükafatçısı öldü
- "Bir səbət tənhalıq" onlayn nümayiş olunacaq
Həyat bir iblisdir, işi xatalı,
Ömrüm ötür tufanlarda bəlalı
Doğmalarla, həm atalı, analı
Çətin tapam o günləri, bir daha.
Hələ deyilməmiş neçə sözüm var
Bir övlad axtaran qəmli gözüm var
Hər daşda, cığırda, mənim izim var
Ruhum gəzər o çölləri bir daha .
Yağışda, günəşdə çürüyür budaq
Köklərdi yaşayan torpaqda ancaq.
Həyat ağacından düşəndə yarpaq
Yaşayarmı fəsilləri, bir daha?!
Borcun ödənməzi, Ana, bağışla!
İndi xatirəyəm bir qara daşda.
Bəzən büdrəyəndə, İlkin yapış da,
Tutarammı o əlləri, bir daha?!