"Baxmağa kətan yaxşı" - Yeni layihə

Xalidə Səfərova. Xalq rəssamı

Xalidə Səfərova. Xalq rəssamı

25 avqust 2022
# 15:00

Kulis.az bu gündən etibarən “Baxmağa kətan yaxşı” adlı yeni layihəyə başlayır. Hər həftənin bir günü layihədə Azərbaycanın tanınmış, istedadlı rəssamlarının ən yaxşı on rəsm əsəri təqdim olunacaq. Layihənin ilk buraxılışında Xalq rəssamı Xalidə Səfərovanın rəsmlərini oxuculara təqdim edirik.

Xalidə Ələkbər qızı Səfərova 25 avqust 1926-cı ildə Gəncə şəhərində anadan olub. O, 1941–1944-cü illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alır. Elə həmin ilərdə Xalidə Səfərova rəssam Mahmud Tağıyev ilə ailə həyatı qurur. 1949-cu ildə Xalidə xanım təhsilini Moskvadakı Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində davam etdirir.

Xalidə Səfərovanın ilk diplom işi "Cəbhədən gələn məktub" mövzusu olub. Onun ikinci diplom işi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasına çəkilən illüstrasiyalar SSRİ Rəssamlıq Akademiyasının sərgisində, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun yubileyində, eləcə də 1956-cı ildə Praqa və Paris şəhərlərində keçirilən kino festivalın çərçivəsində sərgilənir.

Xalidə Səfərovanın yaradıcılığında əsas yeri peyzaj və natürmort janrlarında çəkilmiş rəsm əsərləri tutur. Rəssamın yaradıcılığında portret əsərləri də yer almışdır. Bunların sırasına "Qapıçı", balet artisti "Leyla Vəkilovanın portreti", rəssam "Maral Rəhmanzadənin portreti", rəssam "Mahmud Tağıyevin portreti" və başqaları daxildir.

Xalidə Səfərova Azərbaycanın rayon və kəndlərində bir çox natürmort və peyzajlar yaratmışdır.

Yaradıcılığının müxtəlif illərində rəssamın əsərləri Rusiya, Türkiyə, Rumıniya, Macarıstan, Polşa, Əlcəzair, İsrail və başqa ölkələrdə sərgilənib. Onun işləri ABŞ, Almaniya, Rusiya, Türkiyə, Çexiyada, bir sıra muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır. Xalidə Səfərova 23 dekabr 2005-ci ildə Bakıda vəfat edib.

“Xalça toxuyanlar” 1954


“Şah Pərviz” 1950

“Süsənlər” 1980

“Reqeta” 1961


“Yeddi gözəl. Bəhram” 1991

“Dağlarda bahar” 1981


“Yeddi gözəl” 1950


"Maral Rəhmanzadənin portreti" 1960



“Sarı donlu Selcan xatun” 1999


“Gimnast qız” 1970

# 3149 dəfə oxunub

Müəllifin son yazıları

# # #