Nobelli yazıçı qadınlar üçün nəşriyyat açır

Nobelli yazıçı qadınlar üçün nəşriyyat açır
15 yanvar 2020
# 14:27

Nobel mükafatı laureatı Svetlana Alekseyeviç nəşriyyat evi açır.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, belarus yazıçısı, Nobel mükafatı laureatı “Müharibə qadın simalı deyil”, “Sonuncu şahidlər”, “Çernobıl duası” kimi məşhur romanların müəllifi Svetlana Alekseyeviç ancaq qadın yazarların kitablarının dərc olunacağı nəşriyyat evi açmağı planlaşdırır. O, bu məsələ ilə bağlı fikirlərə belə aydınlıq gətirib: “Kişilər hər yerdə var, qadınlar isə az çap olunur”.

Bundan sonra öz kitablarının da yeni nəşriyyatda çap ediləcəyini bildirən yazıçı qeyd edib ki, nəşriyyat evində qadın yazarlardan Eva Vejnavetsin və Tatyana Skorinkinanın kitabları çap olunacaq.

# 3083 dəfə oxunub

Müəllifin son yazıları

# # #