Şagirdimiz beynəlxalq müsabiqədə qalib oldu

Şagirdimiz beynəlxalq müsabiqədə qalib oldu
5 yanvar 2021
# 13:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Oqtay Xudiyev (müəllim Sevda Rəhimova) İspaniyada keçirilən "Word Art Games" beynəlxalq onlayn müsabiqəsində I yaş kateqoriyasında, 27 ölkədən gələn 9 yaşına qədər uşaqlar arasında birinci yerə layiq görülüb.

Kulis.az xəbər verir ki, müsabiqə “Xoreoqrafiya kollektivləri və solistlər”, “İnstrumental kollektivlər və solistlər”, “Vokal (xorlar, ansambllar, müzikllar, duetlər, triolar, solistlər)”, “Orijinal janr” nominasiyalarında 7 yaş kateqoriyası üzrə keçirilib.

Əhməd Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin şagirdi Oqtay Xudiyev “İnstrumental sənət” nominasiyasında ən kiçikyaşlı uşaqları özündə birləşdirən I kateqoriyada qalib gələrək diploma layiq görülüb və 2021-ci ildə İspaniyada keçiriləcək "Sea Sun Festival"ında 2-ci tura dəvət alıb.

# 1336 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #