4 santimetrə görə intihar

4 santimetrə görə intihar
20 fevral 2013
# 15:49

Dişləri ağrıyırdı xeyli vaxt idi. Ancaq o, həkimə getməkdən nifrət edirdi. Sanki həkimə getsə, başına nə isə bir şey gələcəyini hiss edir. Buna baxmayaraq, acıdan qıvrandığı halda getmirdi.




Həkimlərin və polislərin can alıcı olduğunu duymuşdu uşaqlıqdan, harada bir polis və ya həkim görsə, qaçıb gizlənirdi. Haqsız da deyildi, yaşadığı yerdə həkim yanına gedən ölür, polisin əlinə düşən isə ölməkdən də betər bir hala düşürdü.



Hələ bir dəfəsində ağrıyan, lakin müalicəsi mümkün olan bir dişini savadsız bir həkim əzab verə-verə çəkmişdi. Onun acısını günlərcə canında hiss eləmişdi. İndi necə gedəydi həkim yanına, necə eyni şeyləri yaşayaydı?



Bu, bilə-bilə ölümə getmək olardı onun üçün. Qəribə bir insandı əslində,bir az romantik, xəyalpərəst duyğusal, kövrək, bir sözlə yaşadığı zamanın insanı deyildi. İnsanlara inanırdı, pislik əlindən gəlmirdi .Onun üçün daim əzab çəkirdi. Onun yaşadıqları ətrafındakı insanlara xoş gəlmədiyi kimi, yaşadıqlarını oxumaqda sizə xoş gəlməyəcək. Bəlkə vicdanınız sızlayacaq, hekayəni yarıda kəsib vicdanınızı bu yolla susduracaqsınız.



Günlərin birində internetdə işlədiyi yerə stomatoloq yazan bir qızın profili diqqətini çəkdi. Dostluq atdı və qısa bir zaman sonra qəbul olundu dostluğu.



Ona, öncə harada işlədiyini soruşdu:



- .........da işləyirəm - cavabını aldı.



Bu cavab onu maraqlandırmışdı, özü bir gənc kimi yaşlılardan başarılı idi öz sahəsində. Bu həkim qız da gəncdi və qəlbində ona özü qədər inandığını duydu. Bu, necə ola bilərdi axı, tanımadığı birinə varlığı necə bu qədər yaxınlaşar, ona qucaq açardı?



Bu sual onu çox düşündürdü. Lakin o, həkim qızla yazışdıqca düşüncəsini, özünü, hər şeyini unudurdu. Ruhu onun ruhuna namələr söyləyirdi gecələri röyalarda. Görmədiyi birinə aşiq olmuşdu .Sevirdi onu. Aman allah bu necə ola bilərdi axı? İnsan görmədiyi, səsini duymadığı birini necə sevə bilərdi? Bütün bunları düşünməkdən cılız bədəni xəstə düşmüşdü. Gecələri qan tər içində oyanır, səhərə qədər xəyallar qururdu. Yemək belə yeməyi unudurdu çox vaxt.



Yazışdıqca, qız da ona mehribanlıq göstərir, iş yerinə dəvət edirdi:



- Gəl, qorxma canını acıtmaram, əllərim yüngüldür, həm bu qədər gözəl sözlər yazan oğlanı görmək, tanımaq ona bir şans vermək istəyirəm və mən hər adama şans vermərəm - deyə zarafat da edirdi.



Bu, onu xeyli cəsarətləndirmişdi. Lakin qorxurdu, sahib olmadıqlarını istəsəydi qızın halı necə olacaqdı? Sevdiyini itirsə, bu romantik oğlan yaşaya bilməyəcəkdi axı!



Qorxa-qorxa qızdan boyunu soruşdu:



-170 sm- deyə cavab aldı. Xəyalları ilk zərbəni almışdı, qız ondan 4 sm uzundu. Bunu qıza yazmağa qorxdu.



Gecələr boyunca özünə təsəllilər verirdi : “O, elə qız deyil, 4 sm boydan ötrü səni rədd etməz, bu gözəl sözləri yazan romantik oğlanı üzməz”.



Aradan xeyli zaman keçəndən sonra nəhayət qızın işlədiyi xəstəxanaya gəldi, xəstəsi vardı yanında. Otaqda bir xeyli gözləməli oldu. Lakin isti olan otaqda nədənsə çox üşüyürdü.



Qızın necə olması əslində onu heç maraqlandırmırdı. Çünki o qızın ruhunu, ürəyini sevmişdi. Lakin okean mavisi gözlərini, saçlarını görəndən sonra daha da dəli oldu. Onu çox sevirdi, uğrunda o an ölə biləcəyini düşündü və bir ömür onun üçün yaşaya biləcəyini.


Nəhayət, qız işini bitirib, o gözəl əlləri ilə dişlərini yoxladı, bir neçə dişinin müalicə olunması gərəkdiyini söylədi. İlk işini gördü, canı yanmırdı, ürəyindəki yanğın dişinin ağrısını unutdurmuşdu ona. Qızın nəfəsi üzünə dəydikcə özündən keçir, dəqiqələr sonra harada olduğunu xatırlayırdı.


İş bitmişdi. Ancaq o, cəsarət edib, qızdan onun haqqında düşüncələrini soruşa bilmədi. Evə qayıtdı, bir az dincəldi və internetə girib qızla yazışmağa başladı:



- Salam, axşamın xeyir, necəsən?



- Hər vaxtın xeyir, əlayam



- Əllərin dərd görməsin, dişim heç ağrımadı, ayrıca çox gözəldin.



- Çox sağ ol, dişinin ağrımadığına sevindim.



- Bəs mən necəydim, bəyəndinmi məni?



- Normal oğlansan, lakin boyun qısadı.



- Bu sənin üçün problemdi, eləmi?



- Hə mən uzun boylu oğlanla ailə qurmaq istəyirəm.



O an sadəcə onu sevdiyini, özüdən isə nifrət etdiyini hiss elədi. Bu qədər sevdiyi insan necə ola bilərdi ki, 4 sm boydan ötrü onu istəməsin. Ancaq bu, həyatın acı həqiqəti idi. Bu, romantik oğlanın real ölümü, tükənişi idi. O, artıq yaşamırdı, sadəcə nəfəs alırdı. Özündən, həyatdan, hər şeydən nifrət edirdi. Daha qız onunla yazışmaq istəmirdi, sadəcə həkim-xəstə münasibətini saxlamağı istəyirdi. Onu sevirdi, ona necə sevirəm deməyəydi, necə? Ölüm ondan yaxşı olardı. Son nəfəsini verənədək hayqıracaqdı onu sevdiyini.


Artıq dişlərinin müalicəsi bitmək üzrəydi. Yəni, onu görmək üçün bəhanəsi olmayacaqdı əlində. Onu görmədən, onsuz necə yaşayacaqdı? Bunları düşündükcə, dəli olur, göz yaşlarını saxlaya bilmirdi.



Nəhayət qərarını vermişdi. Axırıncı dəfə gedirdi, sevdiyinin yanına. Anlaşdıqları üzrə bir daha onu narahat etməyəcəkdi. Xəstəxanaya yaxınlaşanda cibindəki bıçağını çıxarıb sol biləyini kəsdi, isti qanı damarına üsyan edərcəsinə axırdı. Dəsmalı ilə biləyini bağlayıb, əlcəyini də əlinə geyindi. Gecikmək olmazdı.



Qızın işlədiyi otağa girdi və tələsdiyini söylədi. Son dişini müalicə üçün sevdiyi ona yaxınlaşdı. Əlləri dodaqlarında gəzdikcə son nəfəsinin yaxınlaşdığını duyurdu. Əlini gizlədirdi ki, görüb işini yarıda kəsməsin .Onun gözlərinə baxaraq ölürdü, bundan gözəl ölüm ola bilməzdi.



Getdikcə yüngülləşdiyini hiss elədi, balaca bir qayıqda masmavi bir okeanda üzürdü. Kim bilir bəlkə də o okean elə sevdiyinin gözləri idi.

# 2859 dəfə oxunub

Oxşar xəbərlər

Təklikdə  ölməkdən qorxan adam - Feyruz Muradov

Təklikdə ölməkdən qorxan adam - Feyruz Muradov

15:18 9 dekabr 2024
Sabahdan sonra - Yeni hekayə

Sabahdan sonra - Yeni hekayə

13:17 3 dekabr 2024
Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
# # #