Dozadan artıq romantika

Dozadan artıq romantika
20 oktyabr 2017
# 17:11

Daşqın Məmmədov

Evliliklərinin ikinci günü, təzə gəlin iki saat inadla güzgünün qarşısında zəhmət çəkdikdən sonra, nəhayət ki, təbii gözəlliyini məhv edərək, makiyajını bitirdi. Güzgüdə bir daha zəhmətinin nəticəsinə baxaraq, bəyənmə əlaməti olan öz-özünə göz süzdürərək termonun qarşısından qalxdı. Səhər tezdən, ərini işə yola saldıqdan sonra hazırladığı yemək və salatları səliqə ilə masaya servis etməyə başladı. Dörd cür salat, üç cür yemək səliqə ilə masada yerini tutduqdan sonra, iki ağır şamdanı da barmaq basmağa yer qalmamış süfrəyə yerləşdirərək, təzə gülləri tumarlayaraq bu dəfə də zəhmətinə kənardan müştəri gözü ilə baxıb, yenə də gözlərini süzdürdü. Açıq-saçıq paltarının yaxa başını bir az da dartıb genəltdi.

Divanda oturub sabahdan gəlinin əməllərini izləyən və tez-tez mənalı baxışan bəyin valideynləri təkrar baxışaraq üzlərini televizora çevirdilər. Nəhayət qapının zəngi çalındı. Gəlin işıqları söndürdükdən sonra şamları yandırdı, qapını açıb cəld masadakı yerinə qaçdı. Valideynlər bu dəfə də baxışsalar da qaranlıqda bir-birinin gözlərini seçə bilmədilər.

Təzə bəy içəri girən kimi:

- Qaranlıqda niyə oturmusuz? - deyə, soruşaraq, işıqları yandırdı.

Valideynlər yenə mənalı baxışaraq susdular. Bəy şamları söndürərək, otağına keçib əynini dəyişdi. Yalandan çöldə yemək yediyini bildirərək, bir kitab götürüb, kresloya əyləşdi. Gəlin də öz otağına keçərək ordan çıxmadı.

İki aydan sonra tərəflərin hər ikisini dinləyən yaşlı, dolu bədənli hakim, çənəsini ovuşduraraq nəhayət ki, dilləndi:

- Buna dozadan artıq romantika deyirlər.

# 2825 dəfə oxunub

Oxşar xəbərlər

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

Yarın əllərinə toxunan fırçanın bəxtəvərliyi - Yenilikçi ruhun nişanı

10:31 15 noyabr 2024
Fotoqrafın həyatının son günü - Feyruz Muradov

Fotoqrafın həyatının son günü - Feyruz Muradov

11:08 18 oktyabr 2024
Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

Keçmişin buxovunda qalmış adam - Feyruz Muradov

13:50 27 avqust 2024
Beş - Rasim Əlizadənin hekayəsi

Beş - Rasim Əlizadənin hekayəsi

17:40 18 iyul 2024
Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

Neytral haldan yaranan insanlığın xülyası - Məhəmməd Kərimov

14:30 14 iyun 2024
Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

Səkilərdə toqquşur baş-ayaq küt baxışlar - Xosrov Natil

11:30 23 may 2024
#
#
# # #