Zamanı durduran adam

Zamanı durduran adam
23 aprel 2013
# 13:56

Aynur Camıyeva

İnsanlığın zirvəsi

Bilirəm, hətta sənin bildiklərini belə bilirəm. Çox şey bilirik elə deyilmi?

Amma insana çatanda bilmək başqa şeymiş, anlamaq başqa, bax onda dərk etmisən deməkdir.

İnsanlar vardır acıdil, kobud, saymaz sevməzsən. İnsan da vardır ki, simasında nur var, danışığından dürr tökülür. Gözünü qırpmadan dinləyərsən. Bildiklərini təkrar dinləmək belə ilk eşitmə kimi maraq oyadar. Beləliklə bilmədiklərinə sıra gələr. Dərin bilik dənizində boğulmaqdan zövq alarsan. Eşitdiyin hər şey sənin üçün yeni bir kəşf qədər önəm daşıyar.

Bilirəm dediklərinin əslində bilmədiyini öyrənərsən. Kaşların ortaya çıxar. Kaş olmasaydı, kaş bu yaşanmasaydı. Şükür edərsən yenə. Və bu ardıcıllıq davam edər. Kaşın günah olduğunu bilərsən, yenə də deyərsən.

O müsbət auralı insan danışarkən mənim üçün zaman durar. Digər dərslərin bitiş zənginin vaxtını öyrəndiyim qolumdakı qara kəmərli saatın varlığını unudaram. Axırıncı saatı bu qədər həvəslə gözləyərmişəm. Bir insanı dinləmək bu qədər zövq verərmiş. İnsan içindəki kini, hirsi, bütün mənfilikləri söküb atar.

Kaşların günah olduğunu sizin sayənizdə dərk elədim, verilənə şükür etməyi və kaş deməyi dilimdən silməyi də. Yaşanan hər şeyin bir səbəbi varmış. Bu gün o təhsil ocağına azda olsa sevgim yarandısa buda sizin sayənizdədir.

Qarşılaşdığımız insanların mütləq bir rolu vardır həyatımızda. Sizin rolunuz isə danılmazdır.

Rolu əvəzsiz hörmətli insan,

Gəlib keçdiniz həyat yolumdan.

Gələcəyə nur, çıraq oldunuz,

Siz, hörmətli müəllim, sevimli insan.

# 2187 dəfə oxunub

Oxşar xəbərlər

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

Dolayaram dikdabanıma dünyanı - Şəlalə Adilqızının şeirləri

11:30 3 aprel 2024
Mənim səssizliyim  dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

Mənim səssizliyim dünyanın gurultusunu susdurar! - Şəms Hüseynli

17:29 28 mart 2024
Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

Ev üşüyürdü - Nazilə Gültacın hekayəsi

16:30 9 fevral 2024
"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

"Ay mənim dilimin bal məhəbbəti..." - Kamran Bağırlının şeirləri

14:00 2 fevral 2024
Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

Gecənin bir yarısı kaş ki, səni tərk edib özümə gələ bilsəm... - İsa Məmməd

11:14 26 yanvar 2024
"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

"Vallah, televizor şeyxana olub..." - Firidun Ağazadədən şeirlər

10:53 17 yanvar 2024
# # #