İspaniyada mükafat qazanan rejissorumuz: “Nizaminin əsərlərindən film çəkəcəm”

İspaniyada mükafat qazanan rejissorumuz: “Nizaminin əsərlərindən film çəkəcəm”
3 iyun 2019
# 17:36

Kulis.az “Dekorator” filmi ilə İspaniyanın qısametrajlı filmlər müsabiqəsində qalib olan gənc rejissor Ramil Muradovla müsahibəni təqdim edir.

- Ramil bəy, əvvəlcə, özünüz haqda qısa bir məlumat verin.

- İncəsənət Universitetinin kinorejissorluğu fakultəsini bitirmişəm. 11 il televiziyada işlədim. Iki il olar televiziyadan ayrıldım. Film çəkməliyəm deyə düşündüm.

- Mükafat alan “Dekarator” filmi bundan əvvəl festivallarda olubmu?

-Bu, mənim ilk filmimdir, film il yarım bundan qabaq çəkilib amma maliyyə problemləri üzündən tamamlana bilməmişdi, montaj və başqa post-prodakşn işləri qalmışdı. Ay yarım əvvəl bu işləri tamamladıq və filmi festivala göndərdik. Ilk festival Portuqaliyanın Lissabon şəhərində keçirilən Sunday shorts film festivalında iştirak etdi. Orada hətta seminar da apardım. Azərbaycan kino tarixindən bəhs edən bir seminar oldu. Bir neçə gün sonra isə Valensiyada keçirilən 19-cu Radio City Qısa Filmlər festivalında iştirak etdi. Bir də film Rusiyada keçirilən festivala da dəvət alıb.

- “Dekorator” nədən bəhs edir və filmin adı nəyi izah edir?

- Filmin sonunda bildiriş yazmışam. Yazmışam ki, bu film qlobal dünya siyasətinə həsr olunub. Plutokrat və ya başqalarının da başqa cür adlandırdığı insanlar güclər var ki, öz xeyirləri üçün hansısa məkanda ortaya dekorativ problemlər ortaya atır, insanların diqqətini manipulyasiya edirlər. Hansısa qüvvələr sadə dünya əhalisini müxtəlif yollarla idarə edir. Bizim qarşımızda suallar qoyulur, və suallarla bahəm cavab olaraq a-b-c variantları da qoyulur. Amma o variantların heç biri həqiqəti cavabı əks etdirmir. 4cü həqiqi variant yoxdur və sən sadəcə o tərtibçinin variantlarından birini seçməli olursan. Filmdə bu cür məsələlərdən bəhs olunur.

- Filmdə kimlər çəkilib?

- Filmdə Xalq artistlərimiz Əjdər Həmidov, Hacı İsmayılov, Gülsabah Quliyeva, əməkdar artistlər Amid Qasımov, Aslan Şirin İslam Mehrəliyev kimi aktyorlar çəkilib. Gənc aktyorlarla öz sözünü demiş sənətkarları bir araya gətirdim ki, onlarla işləməkdən zövq alım.

- Filmin ideyası necə yarandı? Ümumiyyətlə, iş prosesi haqda qısa məlumat verin: necə çəkildi, hansi prodakşnda? Kifayət qədər məşhur aktyorlar var: onlara qonorar vermək lazım idi. O baxımdan dəstək oldumu?

- İdeyalarım çox idi. Yazdığım bir çox qısa və tammetrajlı film ssenarilərinin arasından bu ssenarini seçib çəkdim. Çünki, bu mövzunu aktual bildim. Dünyada siyasət adamları Hollivud ulduzlarından daha artıq aktyorluq edirlər. Deməzdim ki, yaxşı seçim etmişəm. Daha yaxşı ideya və ssenarilər var idi. Sadəcə bu daha müzakirə doğuran mövzu idi və bunu daha çox qiymətləndirəcəkdilər. Özümü təsdiqlədikdən sonra daha fərqli formatlarda, həyati mövzularda filmlər çəkəcəyəm.

Dəstəyə gəlincə, bir çox aktyorlarımız heç qonorar almadılar. Nicat Xəlilovun Art Beykers şirkəti bizə prodüserlik etdi. Nicat xəlilov və Azər Həsənov prodüser kimi iştirak etdilər. Epik prodakşn kameraya görə pul almadı. Bunlar bizə çox dəstək oldu.

- “Entopiya” nominasiyasında hansı filmlər yarışır və bu söz nə deməkdir?

- “Entropiya” böyük mənada hansısa sistemdə xaos ölçüsüdür. Yunanca tərcümədə dəyişmə, çevrilmə mənasını ifadə edir. Filmimiz bu nominasiyada “kreativ yaradıcı yanaşmaya görə” mükafatlandırılıb. Diplomda belə yazılıb.

- Fesivalda iştirak etdinizmi və film orada necə qarşılandı?

- Valensiyada keçirilən festivalda açılışda iştirak etdim.

- Filmin mübarizə apardığı bölmədə neçə film var idi?

- Ümumiyyətlə festivalda Çin, Rusiya, İran kimi ölkələrdən filmlər yarışırdı.

-Ümumiyyətlə festivalda iştirak sizə nə verdi?

-Hələ ki, bu film məndən nəsə alıb. Ora getməyi də hesablasaq, 5 min manata yaxın pul xərclənib. Amma mən bu məbləği təbii ki, itirilmiş hesab etmirəm. Və festivalın mənə nə verəcəyini gözləyirəm. Gözləntilərim var. Çünki, biz öz yerimizdə olmalıyıq ki, kinoya aid olmayan insanlar bu yerləri tutmasınlar. Bu festivallarla piar yaratmaqla yerimizi tuta bilər, maliyyə əldə edib sevdiyimiz işlə məşğul ola, yəni kino çəkə bilərik.

- Yeni film ideyalarınız və perspektivləri varmı?

-Tammetrajlı film ideyam var. Maraqlı bir mövzudur. İnanıram ki, bu filmlə nəinki, yaradıcı baxımdan reallaşdıra bilərik, həm də xərclənən məbləği də geri qaytarmağa gücümüz çatar. Nizami Gəncəvinin əsərləri üzərində qurulmuş bir film ideyasıdır. İnanıram ki, bu film çəkilsə, ilk dəfə Azərbaycan filmi dünyaya satıla bilər.

# 2708 dəfə oxunub

Oxşar xəbərlər

Serialdan aldığı qonorarı bağışlayacaq

Serialdan aldığı qonorarı bağışlayacaq

09:20 13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı

18:12 12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi

37 yaşlı aktyor vəfat etdi

17:26 12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları

12:44 12 dekabr 2024
“Şimalda kino günləri”  layihəsi başa çatdı

“Şimalda kino günləri” layihəsi başa çatdı

10:45 12 dekabr 2024
“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

16:25 11 dekabr 2024
# # #