Bakı kafelərində film nümayiş olunacaq - FESTİVAL

Bakı kafelərində film nümayiş olunacaq - <span style="color:red;">FESTİVAL
13 oktyabr 2017
# 10:48

DokuBaku Beynəlxalq sənədli filmlər festivalı öz işinə başlayıb.

Kulis.az-ın verdiyi xəbərə görə, Doku Baku sənədli film festivalı oktyabrın 12-də “Landmark” da açılışı keçirilən İmagine Avropa Tolerantlıq festivalı ilə paralel keçirilir.

Xarici ölkə səfirliklərinin nümayəndələri, media işçiləri iştirak etdiyi festivalın açılışında "Fuocoammare" sənədli filmi nümayiş olunub. Açılış mərasimi Stefano Muscaritolo və Kəmalə Əlizadənin iştirakı ilə “Müxtəlif səslər” konserti ilə davam edib.

Imagine Avropa Tolerantlıq Festivalı musiqi tamaşaları, debatlar və müzakirələr, film nümayişləri, foto və video müsabiqəsi, incəsənət sərgiləri kimi bir çox müxtəlif tədbirləri özündə birləşdirir. Festival Bakının kino zallarında və kafelərində dünyanın 20 ölkəsindən olan 30-dan cox filmi izləmək imkanı verir.

“Reallığı sınayaraq” devizi altında təşkil olunan DokuBaku festivalı iki hissədən - əsas və yerli rejissorlar üçün nəzərdə tutulmuş müsabiqə proqramından ibarətdir. Əsas proqram çərçivəsində tamaşaçılara 18 sənədli film təqdim ediləcək, rejissor və prodüserlər üçün ustad dərsləri təşkil olunacaq.

Yerli rejissorlar üçün müsabiqə proqramında isə son iki ildə çəkilən 15 qısametrajlı sənədli filmin nümayişi nəzərdə tutulur. Filmlər tanınmış yerli və xarici kino mütəxəssislərinin təmsil olunduğu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

Oktyabrın 20-dək davam edəcək festivalın ideyası rejissor İmam Həsənov və prodüser Veronika Yanatkovaya məxsusdur.

DokuBaku proqramının təqdim etdiyi ilk film “İsveç sevgi nəzəriyyəsi” (İsveçrə) adlanır və oktyabrın 13-ü saat 19:00-da Landmark otelində nümayiş olunacaq.

# 1639 dəfə oxunub

Oxşar xəbərlər

Gəncədə kino günləri başladı

Gəncədə kino günləri başladı

17:50 11 mart 2026
"Dallas"ın ulduzu vəfat etdi

"Dallas"ın ulduzu vəfat etdi

13:44 11 mart 2026
Fernan Magellan:  qəhrəman, yoxsa qatil?

Fernan Magellan: qəhrəman, yoxsa qatil?

13:12 11 mart 2026
“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

“Kəkələmə rolları"na görə truppaya qəbul edilən aktyor - Bəşirin Səfəroğlu erası necə başlamışdı?

12:00 11 mart 2026
“Ad günü şamları” sənədli filminin qapalı nümayişlərinə başlanılır

“Ad günü şamları” sənədli filminin qapalı nümayişlərinə başlanılır

18:40 10 mart 2026
"Gecə-gecə" serialının final seriyasının çəkilişləri yekunlaşdı

"Gecə-gecə" serialının final seriyasının çəkilişləri yekunlaşdı

15:00 10 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər