Şöhrətin o biri üzü – Aliyə yazır...

Şöhrətin o biri üzü – Aliyə yazır...
24 iyun 2019
# 16:20

“O qədər tənha idi ki, ölüm belə ona yaxınlaşmırdı”

Bu cümlə ispan rejissoru Pedro Almadovarın sonuncu filmində bir kitabdan oxunur. “Ağrı və şöhrət” müəllifin də qeyd etdiyinə kimi avtobioqrafik, hətta şəxsi filmidir. Bunca şəxsi olanı necə ekranlaşdırmaq? Bu rejissor Almadovarın qarşısında bir sualdır. Amma film içində bu məsələyə də toxunulur.

Almadovar öz Salvadorunu aktyor Antonio Banderasa etibar edir. Bir zamanlar qəhrəmanı kimi ağır əməliyyatlar keçirmiş Banderas ekranda Almadovarın qəhrəmanını - daha düzü, Almadovarın özünü oynayır. Miqreni üzündən çəkilişlərdə qaranlıq köşklər qurub işləyən, çəkiliş olmayanda evə çəkilib ağrılarına qapılan, dostların unutduğu yaşlı Almadovar. Yaradıcılıq böhranına girən, tənhalaşan, özünü axtaran rejissor...

Bu əhvalat bizə kino tarixindən, ən azı Fellininin qəhrəmanından bəri tanışdır. Salvadorun mənəvi narahatlıqlarınınsa əlavə olaraq, fiziki ağrılar kimi bir yükü var: xəstəliklər, onların gətirdiyi ağrılar, bu ağrılarla dünyanı və özünü tanıma, eyni zamanda bu ağrıların sayəsində tənhalaşma, ətrafdan təcrid olma və mənəvi əzablar. Almadovar Salvadoruna belə bir obraz biçib. Könüllü olmayan həyat tərzi də demək olar.

Almadovarın bir çox filmlərində olduğu kimi “Ağrı və şöhrət”də də mərkəzi qütb Ana obrazıdır. Salvador xatirələrə dalır; uşaqlığını, gəncliyini yada salır.

Yuxular da məhz belədir: səninlə birgə heç kim onu görməyib, kimsəylə bölüşə bilmirsən, ancaq danışa bilərsən ki, bu da kimsəyə maraqlı olmaz. Yuxu ancaq sənindir. Şəxsidir, öz retrondur. Yozmasını belə özün bilməlisən. Çünki oradakıları səndən yaxşı kimsə tanıya bilməz.

Yuxu qədər şəxsi olanı və sənə əzab verəni necə kiminləsə bölüşə bilmirsənsə, xatirələr də elədir. Ağrılar da. Ağrı qədər özünün olan nə var? Almadovarın filmi həm də yaradıcılıq böhranı haqdadır, amma bu haqda qəhrəman bilmir, çünki o, indi şəxsi yaşantısının əsiridir. O zaman ki, onu sənətə çevirə biləcək, ondan qurtulmaq yüngülləşmək ümidi yaranacaq.

Salvador yaşı artdıqca xəstəliklər üzündən əmək qabiliyyəti məhdudlaşan rejissordur. Onu 30 il əvvəl çəkdiyi filminin keçmiş şöhrətini qeyd etməyə çağırırlar. Birgə nümayişə o filmə çəkdiyi aktyorla birgə getməlidir. Aktyor Alberto ilə görüş onu keçmişə aparır.

“Radio dalğası kimidir, xatirələr, istəmədiyin anda eyninə düşməyi olur...” (c)

Salvador xatirələrə köklənir və anasını xatırlayır. Bu xatirələr ona əzab verir. Heç vaxt düzəldə bilməyəcəyin səhvlər necə əzab verirsə eynən elə.

Salvadorun anasını gözəl Penelopa Kruz oynayır. Bu yerdə qeyd etməli; Gözəllik yalnız fiziki standartlarla bağlı anlayış deyil, həyatı vurğulayan dərinlik də gözəlliyə daxildir. Hətta ən əsas şərtdir. Penelopa Almadovar filmlərində öz istedadını parlatdı. Və bu keyfiyyətlərini göstərə bildi.

Penelopa xatirələrdəki ananı oynayır, hansısa yayınmalar olmadan - balaca Salvanın gözü ilə baxdığımız anadır. Bu epizodlar rejissorun peşəkarca qurduğu kompozisiya və rakursların sayəsində orqanikdir.

Qəhrəmanın xatirələri necə ağrıya çevrilir? Bu filmin emosional qatında olduqca dəqiq işlənib. Filmin süjetində hadisələr sxematikcə hətta həll olunsa belə (təsadüfən sevgi əhvalatının qəhrəmanının öz əhvalatı haqda olan tamaşaya gəlməsi və keçmiş sevgilisi Salvadoru tapması, uşaqlıqda ona ünvanlanan tablonun illər sonra ünvanına yetişməsi – A.) bu emosionallıq itmir. Zatən Almadovarın filmlərinin “həyat rəngli nağıldır” təqdimatını qəbul etmisənsə, bütün təsadüfləri görməzdən gələcəksən. Bu artıq yanaşmadır: həyat macəradır.

“Happy end” bu avtobioqrafik filmdə rejissor Almadovarın özünə ruh verməsidir: mənəvi-fiziki ağrılardan qaçmaq üçün bir sığınacaq var - kino. Ki, ora dəfələrlə ananı sığdırmaq istəyirsən. “Anam haqda hər şey” belə yenə onun haqda hər şey deyil. Çünki filmdə ananın dediyi kimi, ana həmişə hər şeyi bilirmiş...

Sentimentallığa, rəngə, hislərə qapılmağa ehtiyacınız varsa, hələ kinoteatrlardan yığışdırılmayıbsa, “Ağrı və şöhrət”ə baxa bilərsiniz. Ağrı şöhrətin o biri üzüdür. Yalnız özünə aid olan. Amma bu ağrılar sənətə çevriləndə hər kəs payın götürə bilər...

# 4109 dəfə oxunub

Oxşar xəbərlər

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi

10:54 11 may 2026
Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

Mətləb Muxtarovun filmi beynəlxalq mükafata layiq görüldü

18:44 8 may 2026
“Cənnət yuxusu”  filmi təqdim edildi

“Cənnət yuxusu” filmi təqdim edildi

17:35 7 may 2026
“Molla Nəsrəddin. Çətin günlərimin dostu”  filmi bu il yayımlanacaq

“Molla Nəsrəddin. Çətin günlərimin dostu” filmi bu il yayımlanacaq

15:29 7 may 2026
"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

"Oskar"da qaydalar başdan-ayağa dəyişdi - Süni intellektə sərt qadağa

11:36 7 may 2026
“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

“İşıq” filmi üzərində son tamamlama işləri aparılır

18:11 6 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər