“Tağıyev. Neft” filmini 70 mindən çox tamaşaçı izləyib

“Tağıyev. Neft”  filmini 70 mindən çox tamaşaçı izləyib
19 mart 2025
# 18:00

“Tağıyev. Neft” filmini artıq 70 mindən çox tamaşaçı izləyib.

Kulis.az xəbər verir ki, ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Aprelin əvvəlindən “CineMastercard” premium kinoteatrlar şəbəkəsində dörd hissədən ibarət “Tağıyev” tarixi filminin çoxdan gözlənilən ikinci hissəsinin - “Tağıyev. Çar”ın nümayişi başlayacaq.

Qeyd edək ki, film cəmiyyətin inkişafında, milli dəyərlərin təbliğində mühüm xidmətləri olan, adını ölkə salnaməsinə həkk etmiş böyük xeyriyyəçinin vəfatının 100 illiyinə özəl çəkilib.

Filmin çəkilişləri öz miqyasına görə Azərbaycan kinematoqrafiyası tarixinə düşüb. 76 fərqli məkanda çəkilişləri aparılan ekran əsərinin kütləvi səhnələrində 2500 nəfərə yaxın yaradıcı şəxs iştirak edib. Tarixi səhnələr üçün 300-dən çox dekorasiya hazırlanıb. Tağıyevin yaşadığı dövrü tam əks etdirmək üçün xüsusi geyim emalatxanası yaradılıb, çoxlu sayda libas, aksesuar, zərgərlik nümunələri və xüsusi rekvizitlər hazırlanıb.

Ekran əsərinin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.

Filmin məzmununa gəlincə, 1888-ci ilin payızında Bakı Zati-aliləri İmperator III Aleksandrın səfərinə hazırlaşır. Milyonçu və Bakı Şəhər Dumasının üzvü Hacı Zeynalabdin Tağıyev cəmiyyətdə nüfuz və status uğrunda mübarizə aparır. Şəhər rəisi Orlovski öz vəzifəsindən istifadə edərək intihar etmiş Təymurbəyovun neft sahəsini ələ keçirmək istəyir. Bu arada Hacının böyük oğlu İsmayıl generalın qızı Nurcahan Arablinskaya ilə tanış olur və onunla evlənmək niyyətindədir.

# 2461 dəfə oxunub

Oxşar xəbərlər

"DC"nin qorxu filmi kassada birinci oldu

"DC"nin qorxu filmi kassada birinci oldu

12:20 26 oktyabr 2026
“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

“Dostlar”ın ulduzu Metyu Perrinin həyatına dair sənədli film yayımlanacaq

12:00 26 oktyabr 2026
Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

Marqot Robbinin köhnə serialı süni intellektlə yenidən hazırlanır

11:40 26 oktyabr 2026
"Paramount" və "Warner Bros." birləşdi

"Paramount" və "Warner Bros." birləşdi

11:20 26 oktyabr 2026
Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

Sehr, macəra və dostluq... - Dünyanın ən yaxşı 10 uşaq filmi

10:00 25 oktyabr 2026
Cudi Dençdən etiraf:  daha filmlərdə çəkilə bilməyəcək

Cudi Dençdən etiraf: daha filmlərdə çəkilə bilməyəcək

10:01 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər