Azərbaycan mədəni irsi Peruda

Azərbaycan mədəni irsi Peruda
17 oktyabr 2026
# 11:00

Azərbaycan ilə Peru arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Limada Qarabağ xalçasının təntənəli açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Azərbaycan səfirliyi tərəfindən Lima Metropoliten Muzeyinə hədiyyə edilən xalça Azərbaycanın milli irsinin və qədim xalçaçılıq ənənələrinin təbliğinə xidmət edir.

Lima Metropoliten Muzeyində daimi nümayiş etdiriləcək “Xətai-Əjdahalı” xalçası Azərbaycan ilə Peru arasında dostluq və mədəni əməkdaşlığın rəmzinə çevriləcək.

Tədbirdə Azərbaycanın Meksikada və eyni zamanda Peruda akkreditə olunmuş səfiri Seymur Fətəliyev iki ölkə arasında diplomatik münasibətlərin 1996-cı il iyunun 25-də qurulduğunu xatırladıb. O, ötən 30 il ərzində siyasi dialoqun, parlamentlərarası əməkdaşlığın və mədəni əlaqələrin uğurla inkişaf etdiyini bildirib.

Səfir Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının dəstəyi ilə muzeyə təqdim olunan, Qarabağ xalçaçılıq məktəbinə aid “Xətai-Əjdahalı” xalçasının xalqımızın zəngin mədəni irsini və qədim sənət ənənələrini təcəssüm etdirdiyini vurğulayıb.

Lima şəhər meriyasının rəhbəri Fabiola Mariya Morales Kastilyo hədiyyəyə görə təşəkkürünü bildirib. O, xalçanın muzeyin Minillik Mədəniyyətlər Zalında daimi nümayişinin Peru ictimaiyyətinin Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmasına və iki xalq arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verəcəyini qeyd edib.

Tədbir çərçivəsində “Toxuculuq mədəniyyətləri: Azərbaycan tarixində Qarabağ xalçaları” mövzusunda konfrans keçirilib. Xalçaçılıq üzrə ekspert David Levi Fleşman Azərbaycan xalça sənətinin milli kimliyin, tarixi yaddaşın və yaradıcılığın ifadəsi olduğunu vurğulayıb. Qeyd olunub ki, Azərbaycanın ənənəvi xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Konfransda “Xətai-Əjdahalı” xalçasının bədii xüsusiyyətləri, Qarabağ xalçaçılıq ənənəsinin zəngin kompozisiyası və əjdaha motivinin simvolik mənası barədə məlumat verilib. Daha sonra xalçanın açılışı və sertifikatının təqdim edilməsi mərasimi keçirilib.

Lima şəhər meriyasına Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Azərbaycan xalçaları” nəşri də hədiyyə olunub. Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən videoçarxlar nümayiş etdirilib, bəstəkarlarımızın əsərləri səsləndirilib və milli mətbəximizin nümunələri təqdim olunub.

Mərasimdə Peru dövlət qurumlarının, diplomatik korpusun, mədəniyyət və elmi dairələrin, yerli medianın nümayəndələri, eləcə də Peruda yaşayan azərbaycanlılar iştirak ediblər.

Lima Metropoliten Muzeyində daimi nümayiş etdiriləcək Qarabağ xalçası ziyarətçilərə Azərbaycan xalçaçılıq sənətinin zənginliyi ilə tanış olmaq imkanı yaradacaq, eyni zamanda iki ölkə arasında mədəni əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.

# 102 dəfə oxunub

Oxşar xəbərlər

Qadınları təhsildən uzaq tutanlara qarşı "Babayi-Əmir" jurnalında necə çıxış edirdilər?

Qadınları təhsildən uzaq tutanlara qarşı "Babayi-Əmir" jurnalında necə çıxış edirdilər?

11:30 17 oktyabr 2026
Bu gün Füzuli Şəhəri Günüdür

Bu gün Füzuli Şəhəri Günüdür

10:30 17 oktyabr 2026
XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları kimdir?

XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları kimdir?

10:15 17 oktyabr 2026
"Bunu bir qiyafə inqilabına bənzətmək istəsələr də..." - Qızlar üçün məktəb, yoxsa hamı üçün məscid?

"Bunu bir qiyafə inqilabına bənzətmək istəsələr də..." - Qızlar üçün məktəb, yoxsa hamı üçün məscid?

10:00 17 oktyabr 2026
Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

18:00 16 oktyabr 2026
“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər