"Qış betonun üstündə yaxaladı bizi, ayaqlarım üşüyür..." - Onun ölümünü anasından niyə gizlədirdilər?

"Qış betonun üstündə yaxaladı bizi, ayaqlarım üşüyür..." - Onun ölümünü anasından niyə gizlədirdilər?
11 yanvar 2024
# 12:00


Kulis.az Ömər Xəyyamın tərcüməsində Sunay Akının “Bir cüt ayaqqabı” kitabından “Qara, 42 ölçü...” adlı məqaləsini təqdim edir.

Ailənin ortaq qərarı: oğlunun ölüm xəbəri Güllü anadan gizlədiləcək.

Güllü ana oğlunun rəsmiylə ovunur, qapı döyüləndə dik atılır… Tərs kimi paçtalyon da xəbər gətirmir… Yüksək təzyiqi olan, ürəyi yaralı anaya heç kəs oğlunun öldüyünü deməyə cəsarət etmir.

Ailə üzvləri qorxurlar ki, kimsə ölüm xəbərini ağzından qaçırar, üstəlik, qonaq-qaralı evdir, gəlib-gedəni çoxdur… Ona görə də şəhəri tərk edirlər. İzmirə köçürlər.

Axı oğlu imkan düşdükcə Güllü anaya zəng vururdu...

Buna da çarə tapılır: Səsi onun səsinə bənzəyən bir tanış tapırlar. O tanış da hərdən zəng vurub Güllü anayla danışır…

İllər keçir. Və beləcə, vəfat edir Yılmaz Güneyin anası…

1991-ci ildə Yılmaz Güneyin həyat yoldaşı Fatoş Güney Türkiyəyə gəlir.
Fatoş xanım həyat yoldaşının adına fond yaratmaq və dörd böyük şəhərdə xatirə tədbirləri təşkil etmək üçün qollarını çırmalayır.
Vaxt edib o illərdə hələ yaşayan qayınanasını da yoluxur...

Jurnalist Nebil Özgentürk xatırlayır: “Görüşdə mən də iştirak etdim. Evdə həyəcan və narahatlıq vardı. Fatoş Güney həyat yoldaşı Yılmazla 10 il əvvəl Türkiyədən getmişdi…
Ana gəlinini görən kimi ağlamağa başladı... İlk sözü “Yılmazımı niyə gətirmədin?” oldu.

Fatoş qayınanasını qucaqlayıb ağlayır, sözlər boğazında düyünlənirdi: “Gələcək, ana, gələcək... İndi işi var...”

Güllü xanım dəfələrlə oğlunun yanına getməyə cəhd etmişdi, ancaq ona pasport vermirdilər.

Yılmaz Güney 1984-cü ildə ölsə də, Güllü ana bir neçə il onunla telefonda danışır, daha doğrusu, onun dublyoru ilə...

Məhbus Yılmaz 5 noyabr 1973-cü ildə Səlimiyyə qışlasından yazdığı məktubda yoldaşından bir xahiş edir: “Ayaqlarım üşüyür. Altı kauçuk ayaqqabı; qara, 42 ölçü. İkinci qış betonun üstündə, müqavimətimiz qırıldığı vaxt yaxaladı bizi.”

Yılmaz Güney təkcə özü üçün ayaqqabı istəmirdi.

21 yanvar 1974-cü ildə yazdığı məktub: “Sevgili Fatoş. Amasya həbsxanasından bir məktub aldım. Belə başa düşdüm ki, vəziyyətləri yaxşı deyil. Sizdən bir ricam olacaq. Paltarlarımdan münasib bildiyiniz birini, ya da bir şalvarımı, pencəyimi, qırmızı boyunlu sviterimi, bir də ayaqqabıdan botdan – hansı varsa, bir cüt və 150 lirə pul hazırlayıb aşağıdakı ünvana yollayın. Ünvan budur: “Mustafa Turan, Amasya həbsxanası.”

Yılmaz Güney köməkpərvər idi. Ehtiyacı olanların yanında olmağı bacarırdı. Sadəcə, ayaqqabı, paltar, ya da pul göndərərək deyil, hər cür fədakarlıq etməyə hazır idi “Adanalı dəliqanlı”.

Belə ki, 12 Martdan sonra, İstanbulun küçə-küçə, ev-ev axtarıldığı günlərdə Yılmaz Güneyin Leventdəki evinin qapısı döyülür:

“Xəbər almışıq ki, Mahirlə dostlarını evinizdə gizlədirsiniz!”

Yılmaz Güney komissara gülümsəyir və şəhadət barmağı ilə tavanı göstərir: “Yuxarıdadırlar...”

Polislər evi axtarmadan, elə qapıdanca qayıdırlar.

Halbuki Mahir də, dostları da, həqiqətən, çardaqda gizlənmişdilər…


Sunay Akın

# 3679 dəfə oxunub

Oxşar xəbərlər

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

Dövlətin ayırdığı 10 milyon manat haralara xərclənir? - Rejissor Mədəniyyət Nazirliyini sərt tənqid etdi

18:53 29 oktyabr 2025
Astarada film çəkilişində film kimi dava:  "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

Astarada film çəkilişində film kimi dava: "Mənə dedi ki, yolda maşını çevirib səni öldürəcəyəm"

18:24 29 oktyabr 2025
Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

Tarantinonun qayıdışı - Bu dəfə aktyor kimi

10:58 29 oktyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər