"Paramount" və "Warner Bros. Discovery"nin birləşməsi təxirə salındı

"Paramount" və "Warner Bros. Discovery"nin birləşməsi təxirə salındı
27 iyul 2026
# 10:19

"Paramount Skydance Corp." şirkəti "Warner Bros. Discovery" ilə 111 milyard dollarlıq birləşmə müqaviləsini 2027-ci il iyunun 1-dək təxirə salmağa razılaşıb.

Kulis.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Məqaləyə görə, təxirəsalma inhisarçılığa qarşı məhkəmə prosesi ilə bağlıdır: Kaliforniya başda olmaqla 12 ştat müqavilənin bloklanması tələbi ilə məhkəməyə müraciət edib. Onlar hesab edirlər ki, birləşmə kino bazarında rəqabəti azaldacaq.

"Amerikalıların həyatı üçün mərkəzi əhəmiyyət kəsb edən bazarlarda çox az sayda korporasiya həddindən artıq böyük hakimiyyətə malik olduqda, bu, hər şeyi bahalaşdırır və vəziyyəti pisləşdirir", – deyə Kaliforniyanın baş prokuroru Rob Bonta "Paramount"la olan razılaşmanı şərh edib.

İyunda ABŞ Ədliyyə Nazirliyi "Paramount Skydance Corp."un "Warner Bros. Discovery"ni alması ilə bağlı müqaviləni təsdiqləyib. Qurum bu birləşmənin rəqabətə və ya istehlakçılara zərər vurmayacağını hesab edib.

"The Wall Street Journal"ın məlumatına görə, Ədliyyə Nazirliyinin hüquqşünasları əvvəlcə müqaviləyə etiraz etməyi tövsiyə etmək istəyirdilər, çünki iki kinostudiyanın birləşməsinin rəqabəti məhdudlaşdıra və inhisarçılığa qarşı qanunvericiliyi poza biləcəyini düşünürdülər. Lakin iyunun 12-də Ədliyyə Nazirliyində yoxlama dayandırılıb ki, bu da faktiki olaraq müqavilənin təsdiqlənməsi olub. Xəbər kino rubrikasında yer alır.

# 494 dəfə oxunub

Oxşar xəbərlər

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

44 bədii filminin yeni tizeri yayımlandı - "Əsas məqsəd"

14:52 14 sentyabr 2026
"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

"Kurtlar Vadisi"nin ssenaristləri kəşfiyyatçının ölümünə görə dindiriləcək

12:40 14 sentyabr 2026
İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

İsrailli nazir Qəzza haqqında film çəkən rejissorların vətəndaşlıqdan çıxarılmasını tələb etdi

12:00 14 sentyabr 2026
Məşhur prodüser vəfat etdi

Məşhur prodüser vəfat etdi

11:20 14 sentyabr 2026
44 filminin yeni tizeri yayımlandı

44 filminin yeni tizeri yayımlandı

17:38 12 sentyabr 2026
Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

Zvyaqinstsevin filmi Fransanı "Oskar"da təmsil edəcək

17:19 11 sentyabr 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər