“Eşqin sehri” 27 il sonra: Cadugərlər geri qayıdır

“Eşqin sehri” 27 il sonra: Cadugərlər geri qayıdır
21 iyul 2025
# 13:22

Nikol Kidman və Sandra Bullokun baş rollarını ifa etdiyi məşhur “Eşqin sehri” (“Practical Magic”) filminin davamı çəkilir.

Kulis.az xəbər verir ki, ilk dəfə 1998-ci ildə lentə alınan ekran işinin çəkiliş meydançasından ilk görüntülər ictimaiyyətə təqdim olunub.

Kadrlarda aktrisaların illər sonra yenidən görüşməsi və səmimi şəkildə qucaqlaşması izləyicilərin diqqətini cəlb edib. Nikol Kidman həmin anları sosial media hesabında paylaşaraq bu sözləri yazıb:

“Cadugərlər geri döndü! Ouens bacılarının çəkilişdəki ilk günü”.

Yeni filmin ssenarisi tanınmış ssenaristlər Akiva Qoldsman və Georgia Pritçett tərəfindən qələmə alınıb. Rejissor isə “Emmy” mükafatlı Suzanna Bayerdir.

Filmin 2026-cı ilin sentyabr ayında kinoteatrlarda nümayiş olunması planlaşdırılır.

Qeyd edək ki, “Eşqin sehri” filmi Ouens ailəsinin qadınlarının əsrlərdir davam edən cadugərlik ənənələri və onların gündəlik həyatdakı mübarizələrini əks etdirir.

# 147 dəfə oxunub

Oxşar xəbərlər

Qızıl Portağal üçün müraciətlər başladı

Qızıl Portağal üçün müraciətlər başladı

17:30 21 iyul 2025
Yaşamaq və ədalətsiz olmaq eyni şeydir - Məşhur filmdən esse

Yaşamaq və ədalətsiz olmaq eyni şeydir - Məşhur filmdən esse

11:30 21 iyul 2025
İllər sonra eyni filmdə çəkiləcəklər

İllər sonra eyni filmdə çəkiləcəklər

15:35 18 iyul 2025
"Kardeş takımı 3"ün çəkilişləri başladı

"Kardeş takımı 3"ün çəkilişləri başladı

15:52 17 iyul 2025
“Pəncərə” filmi niyə tamaşaçı qazana bilmədi? - Məşhur filmin kadrarxası

“Pəncərə” filmi niyə tamaşaçı qazana bilmədi? - Məşhur filmin kadrarxası

14:48 17 iyul 2025
Hayli Stinfild və Mayls Teller eyni layihədə

Hayli Stinfild və Mayls Teller eyni layihədə

12:10 17 iyul 2025
#
#
# # #