Məşhur qrupdan Fələstinə dəstək

Məşhur qrupdan Fələstinə dəstək
21 iyul 2025
# 10:50

Britaniyanın məşhur musiqi qrupu "Massive Attack" İsrailin Qəzzaya qarşı hücumları ilə bağlı mövqe bildirən sənətçilərə təzyiqlərin artdığını bəyan edərək, bu sənətçilərlə həmrəylik üçün yeni dəstək platforması yaratdıqlarını açıqlayıb.

Kulis.az-ın məlumatına görə, qrupun instaqram hesabında yayımlanan bəyanatda bildirilir ki, yaradılan platforma vasitəsilə İsrailin Qəzzaya hücumlarını tənqid edən musiqiçilərin narahatedici kampaniyalarla susdurulmasının qarşısını almaq məqsədi qoyulub.

“Başqa sənətçilərin susdurulmasına səssiz qalmayacağıq”, – deyə bəyanatda qeyd olunub.

Massive Attack bildirib ki, xüsusilə karyerasına yeni başlayan və ya sənayedə həssas mövqedə olan sənətçilər təhdidlərə və təzyiqlərə məruz qalır. Qrup sənətçiləri fikir bildirməkdən çəkinməməyə çağırır və hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edir.

Açıqlamada, həmçinin musiqiçilərin İngiltərə hökumətinin İsrailə verdiyi dəstəyi tənqid etdikləri üçün təhdid olunduqları, musiqi sənayesində isə senzuranın artmaqda olduğu vurğulanıb.

"Massive Attack" sənətçiləri aşağıdakı çağırış ətrafında birgə mövqe sərgiləməyə dəvət edib:

Dərhal və daimi atəşkəsin elan olunması,

Humanitar təşkilatların Qəzzaya maneəsiz çıxışına imkan yaradılması,

Böyük Britaniyanın İsrailə silah satışını və lisenziyaları dayandırması.

“Qəzzada baş verənlər artıq sözlə ifadə edilə bilməyəcək ölçüdədir”, – deyə qrup bəyan edib.

Bəyanatda o da qeyd olunub ki, İsrail üçün "İngilis Hüquqşünaslar" (UKLFI) adlı təşkilat bəzi sənətçilər barəsində şikayətlər irəli sürüb və bu da konsertlərin ləğvi ilə nəticələnib. Həmin təşkilat daha əvvəl Qlastonburİ Festivalında İsrail əleyhinə şüar səsləndirən "Bob Vilan" qrupunu və bu çıxışı yayımlayan BBC-ni də hədəf alıb.

Xatırladaq ki, "Massive Attack" qrupu daha əvvəl bir çox şəhərdə səhnəyə çıxaraq Fələstinlə həmrəylik mesajları səsləndirmişdi.

# 1468 dəfə oxunub

Oxşar xəbərlər

Zəfər Günü münasibətilə  Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

16:49 31 oktyabr 2026
Raye “Mercury Prize”  qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

Raye “Mercury Prize” qazandıqdan sonra albomunun satışını 275 faiz artırdı

15:30 31 oktyabr 2026
MaklmorUN Fələstinə dəstək  konsertində 13 min nəfər iştirak etdi

MaklmorUN Fələstinə dəstək konsertində 13 min nəfər iştirak etdi

15:00 31 oktyabr 2026
Cey-Z  "Super Bowl"un fasilə şousunda çıxış edəcək

Cey-Z "Super Bowl"un fasilə şousunda çıxış edəcək

14:30 31 oktyabr 2026
Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

Cudi Denç ekranlara qayıda bilməyəcəyini açıqladı: “Artıq görə bilmirəm”

14:00 31 oktyabr 2026
Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı –  Ailə daxilində mübahisə yarandı

Corc Mayklın məşhur gitarası hərraca çıxarıldı – Ailə daxilində mübahisə yarandı

13:00 31 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər