Azərbaycanlı yazıçının romanı Serbiyada nəşr olunub

Azərbaycanlı yazıçının romanı Serbiyada nəşr olunub
21 iyul 2025
# 13:36

Vaqif Sultanlının "Səhra savaşı" romanı Serbiyada nəşr olunub.

Kulis.az xəbər verir ki, romanı serb dilinə Semra Bayat və Suzana Byelitza tərcümə edib.

"Asiya ədəbiyyatı kitabxanası" seriyası ilə yayımlanan kitabın redaktoru Diana Yovanoviçdir. Roman tanınmış yazıçı-publisist və dilçi Corce Otaşeviçin təşəbbüsü ilə Serbiyanın “xalq kitabxanaları”nın ortaq layihəsi əsasında nəşr edilib.

İlk dəfə 2013-ci ildə Azərbaycan oxucularına təqdim olunan roman indiyədək dünyanın bir sıra dillərinə çevrilmiş, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Türkiyə, Rusiya, Ukrayna, İran və başqa ölkələrdə nəşr edilib.

Qeyd edək ki, Vaqif Sultanlının yaradıcılığında xüsusi yer tutan və şərti-metafоrik üslubda qələmə alınmış rоmanda təsvir olunan hadisə və əhvalatlar gələcəkdən imtina edərək keçmişə dönən qəhrəmanın taleyi fonunda əks etdirilir.

Romanda bəşəriyyətin keçib gəldiyi tarixin ənənəvi səpkidə deyil, tərs müstəvidə canlandırılması müəllifə insan və dünya haqqında fəlsəfi düşüncələrini bütün yönlərilə canlandırmağa imkan verir.

# 1574 dəfə oxunub

Oxşar xəbərlər

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

Kris Braun hakim qarşısında - Müğənnini üç ilədək həbs cəzası gözləyir

16:00 26 oktyabr 2026
Mayk Tayson  Türkiyə serialında çəkiləcək

Mayk Tayson Türkiyə serialında çəkiləcək

14:30 26 oktyabr 2026
Tanınmış aktyor vəfat etdi

Tanınmış aktyor vəfat etdi

13:30 26 oktyabr 2026
Azərbaycanla  Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

Azərbaycanla Özbəkistan arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş təsdiqləndi

13:17 26 oktyabr 2026
“Bridcet Cons”un yaradıcısından yeni addım:  Ən gülməli yazılara pul mükafatı

“Bridcet Cons”un yaradıcısından yeni addım: Ən gülməli yazılara pul mükafatı

13:00 26 oktyabr 2026
Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu  yubileyi münasibətilə təbrik etdi

Mehriban Əliyeva Xalq rəssamı Fərhad Xəlilovu yubileyi münasibətilə təbrik etdi

12:51 26 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər