Azərbaycan Kinematoqrafçılar İttifaqı iki filmə maliyyə dəstəyi ayırdı

Azərbaycan Kinematoqrafçılar İttifaqı iki filmə maliyyə dəstəyi ayırdı
3 mart 2026
# 17:30

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 2022-ci ildə Mədəniyyət Nazirliyinin keçirdiyi müsabiqənin qaliblərindən biri, “Nova Gorica” kino mərkəzi tərəfindən istehsal olunmuş “Qıfıl” tammetrajlı bədii filminin beynəlxalq yayımına maliyyə dəstəyi göstərib.

Kulis.az xəbər verir ki, “Qara komediya” janrında olan filmin ideyası fala inam və onun cəmiyyətə təsiri üzərində qurulub. Real hadisələrə əsaslanan ekran əsərinin ssenari müəllifi AKİ-nin katibi Tahir Tahiroviç, quruluşçu rejissorları İlqar Quliyev və Tahir Tahiroviç, quruluşçu operatoru Rafiq Əliyev, rəssamı Leyla Quliyeva, bəstəkarı Lalə Əhmədova, kreativ prodüseri İradə Bağırzadə, prodüseri isə Afaq Yusiflidir. Rolları Fətəli Abdullayev, Hüseynağa Aslanov, Xalq artisti Şamil Süleymanov, Əməkdar artist Azad Şükürov, Ülviyyə Əliyeva, Selcan Xatun və Zaur Manafov canlandırır.

Film İctimai TV və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə istehsal olunub.

AKİ-nin postprodakşn mərhələsinə maliyyə dəstəyi ayırdığı “Qurğuşun” qısametrajlı bədii filminin çəkilişi isə yeni tamamlanıb.

Filmin rejissoru Rüstəm Babazadə, ssenari müəllifləri isə Rüstəm Babazadə və Əli-Səttar Quliyev, operatoru Vasif Vəlizadə, quruluşçu rəssamı Samirə Şamxalovadır. Rolları Rasim Cəfər, Zaur Şəfiyev və Asiman Ağa Rövşən oynayırlar. Prodüserlər Əli-Səttar Quliyev, Rüstəm Babazadə və Zaur Şəfiyev, həmprodüserlər Emil Nəcəfov və Pərviz Məmmədovdur.

Hadisələr şəhərdə törətdiyi cinayətin nəticələrindən qaçan kiçik qardaşın gizlicə tərk etdiyi doğma kəndinə on il sonra qayıtması üzərində qurulub.

“Ultra-Production”, AKİ və İTV-nin dəstəyi ilə ərsəyə gələn filmin premyerası 2027-ci ilə planlaşdırılır.

# 1403 dəfə oxunub

Oxşar xəbərlər

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

Səbail rayonunda şəhid ailələrinin iştirakı ilə "44" bədii filmi nümayiş etdirildi

17:29 7 noyabr 2026
Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

Azərbaycan kinosunun tarixi inkişaf yolu müzakirə edildi - İstanbulda

10:39 7 noyabr 2026
“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

“Odissey” “IMAX” tarixini dəyişdi – Kino şirkəti rekord nəticə açıqladı

17:57 6 noyabr 2026
“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

“Baby Reindeer” qalmaqalı yenidən alovlandı – “Netflix”ə qarşı 150 milyon dollarlıq iddia

16:58 6 noyabr 2026
“Godzilla”  Yaponiyada tarixi rekord qırdı

“Godzilla” Yaponiyada tarixi rekord qırdı

11:34 6 noyabr 2026
Auşvitsdə  qadınlar üzərində aparılan dəhşətli təcrübələr

Auşvitsdə qadınlar üzərində aparılan dəhşətli təcrübələr

17:14 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər