İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi
23 oktyabr 2026
# 18:40

Şəhriyar adına Mədəniyyət Mərkəzində Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatının 30-cu ildönümü münasibətilə Bakı Bələdiyyə Teatrı tərəfindən “Şuşada ürəyim qaldı” tamaşası təqdim olunub.

Kulis.az xəbər verir ki, İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi və Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanmış “Şuşada ürəyim qaldı” tamaşasına Xalq artisti Mərahim Fərzəlibəyov tərəfindən quruluş verilib.

Tamaşadan əvvəl çıxış edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Əməkdar artist Azad Şükürov İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyatında göstərdiyi xidmətləri vurğulayıb. O qeyd edib ki, İlyas Əfəndiyevin əsərləri böyük bir nəslin formalaşmasında önəmli rol oynayıb.

Rejissor Mərahim Fərzəlibəyov İlyas Əfəndiyevin yaradıcılığından, onun pyesləri əsasında hazırladığı tamaşalardan söz açıb.

Qeyd olunub ki, İlyas Əfəndiyev, Amaliya Pənahova, Mərahim Fərzəlibəyovun birgə yaradıcı fəaliyyəti XX əsrin ikinci yarısını əhatə edən bütöv bir teatral dövrün aparıcı xəttinə çevrilib. Onların birlikdə hazırladığı tamaşaların uğurları bu gün də xatırlanır, nümunə göstərilir.

Tamaşada Azərbaycanın xanlıqlara parçalandığı tarixi dövr əks olunur, milli birliyin qorunmasının və vahid dövlətçilik ideyası ətrafında birləşməyin əhəmiyyəti ön plana çəkilir. Hadisələr Qarabağ xanı İbrahimxəlil xanın qızı, şairə Ağabəyim ağanın Vətən həsrəti, doğma torpağına sevgisi və bu nisgillə yazıb-yaratması fonunda cərəyan edir.

“Şuşada ürəyim qaldı”da Əməkdar artist Hüsniyyə Mürvətova, aktyorlar İsmayıl Atakişiyev, Rəşad Kəsəmənli, Tural Baxış, Zülfiyyə Qurbanova, Asif Rəhimov, Əfqan Soltanov, Elməddin Zakirli, Tural Əhməd, Mehman Abdullayev, Toğrul Rza, Elçin Muradov, Rəşid Soltanov, Namiq Cavadov, Nigar Babayeva, Günel Həmidova, Əzizə Həşimova iştirak edib.

Səhnə əsərinin yaradıcı heyətində bəstəkar Eldar Mansurov, quruluşçu rəssam İlham Əsgərov, işıq rəssamı Tərlan Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn üzrə tərtibatçı Elnur Ehtiramoğlu yer alıb.

# 72 dəfə oxunub

Oxşar xəbərlər

Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

Sumqayıt Dövlət Dram Teatrında premyera - “Sürgün sevgi”

17:30 23 oktyabr 2026
Ayasofiyanın  memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

Ayasofiyanın memarlığından ilhamlanaraq hazırlanan geyim London muzeyində

17:00 23 oktyabr 2026
Xalq şairi Musa Yaqubun “Gül bağçası”  kitabı təqdim olundu

Xalq şairi Musa Yaqubun “Gül bağçası” kitabı təqdim olundu

16:30 23 oktyabr 2026
Vestminster abbatlığındakı sirr:  qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş

Vestminster abbatlığındakı sirr: qədim Roma tabutunda orta əsr din xadimi dəfn edilibmiş

16:00 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər