Yuğda beynəlxalq müzakirə

Yuğda beynəlxalq müzakirə
8 iyun 2011
# 16:10
Avropanın teatr sahəsində tərcümə üzrə iş şəbəkəsi və MEO – Avropa və Şərq Evi beynəlxalq təşkilatları Avropanın müxtəlif ölkələrində pyeslərin ictimai qiraətini və müzakirəsini təşkil edirlər. Bu, artıq müsbət bir ənənə halını almaqdadır. Adları çəkilən təşkilatlar Azərbaycanda da belə bir tədbirin keçirilməsi təklifi ilə çıxış ediblər.

Kulis.aza teatrdan verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi bu təkliflə maraqlanıb və analoji tədbirin Azərbaycan teatr məkanından ötrü əhəmiyyətli olduğu qənaətinə gəlib.

Bu layihə çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 10 iyun saat 12.00-da YUĞ Dövlət Teatrında S.Mrojekin «Mühacirlər» pyesinin ictimai qiraəti və müzakirəsi keçiriləcək. Tədbirdə teatrşünaslar, rejissorlar, aktyorlar, dramaturqlar, teatr xadimləri və jurnalistlər iştirak edəcəklər. Tədbirin məhz YUĞ Dövlət Teatrında keçirilməsi isə heç də təsadüfi deyil. Çünki bütün fəaliyyət müddəti ərzində YUĞ Teatrı dünya teatr məkanına inteqrasiya meylləri, yeniliklərə açıq olması, fərdi yaradıcılıq istiqaməti ilə seçilib. Dünya və Avropa teatr prosesinin mühüm tərkib hissələri olan ustad dərsləri, seminarlar, mühazirələr, forumlar, müzakirələr, disputlar və bu qəbildən olan digər tədbirlər YUĞ Teatrında kifayət qədər sıx-sıx keçirilir.

Ramilə QURBANLI
# 1719 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

Azərbaycan Kinosu Günündə unudulmaz kino axşamı

17:00 29 iyul 2026
Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

Məşhur rejissor karyerasını yekunlaşdırır - Səbəb

14:20 29 iyul 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

13:40 29 iyul 2026
Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

Gilyermo del Torodan süni intellektə sərt reaksiya - "Panın labirinti" yenidən nümayiş olunacaq

13:20 29 iyul 2026
"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

"American Horror Story"nin yeni mövsümündə möhtəşəm qayıdış

13:00 29 iyul 2026
Cem Yılmazın yeni serialından ilk fotolar

Cem Yılmazın yeni serialından ilk fotolar

12:40 29 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər