Eldar Ryazanov mənə bir il vaxt verdi - MÜSAHİBƏ
27 may 2011
14:00
“Qəribə təsadüf və ya həmişə təmizlikdə”, “Qaraj”, “İşdə məhəbbət macərası”, “İtaliyalıların Rusiyada qeyri-adi sərgüzəştləri”, “İki nəfər üçün vağzal”, “Avtomobildən qorun” kimi şedevr filmlərin müəllifi, öz yaratdığı filmlərlə ölkəmizdə və keçmiş postsovet məkanında ürəklərdə taxt quran rejissor, ssenarist, aktyor, şair Eldar Ryazanovla Moskvada görüşüb müsahibə alan jurnalist-yazıçı Mahir N.Qarayev məşhur rejissorla bağlı xatirələrini danışır:
- 1991-92-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində bədii nəşrlər üzrə və həm də xüsusi buraxılışlar üzrə redaktor idim. Azərbaycan mətbuatı üçün yenilik edərək xüsusi buraxılışlar redaksiyası açmışdım. O zamanlar “Cümə” qəzeti var idi, bu şöbəni onun nəzdində yaratdıq. Hər buraxılış konkret bir adama həsr olunurdu və ayda ya bir dəfə, ya da iki dəfə işıq üzü görürdü. A.İslamzadə, F.Kərimova, F.Qasımova, R.Rövşən haqqında xüsusi buraxılışlar hazırlamışdıq.
1994-cü ildə yolu Moskvaya düşən M.Qarayev xüsusi buraxılışın növbəti sayına əlavə rəng qatmaq üçün keçmiş postsovet məkanında rejissor kimi qəlblər fəth edən Eldar Ryazanovdan müsahibə almaq qərarına gəlir. Rusiya paytaxtında E.Ryazanovun əlaqə telefonunu öyrənərək evlərinə telefon açır: ”Mən əvvəl zəng vuranda bir qadın götürdü. Dedim, Eldar Aleksandroviçlə danışmaq istəyirəm. Xanım dedi ki, siz əvvəlcə özünüz haqqında ətraflı məlumat verin, görək siz kimsiniz. Mən də bildirdim ki, jurnalistəm, bəs Azərbaycandan gəlmişəm. Həm də jurnalist bicliyi işlətdim. Çünki Ryazanovla xüsusi müsahibə üçün Moskvaya gəlməmişdim. Telefonun o biri başında mənimlə danışan qadın adımı və haradan gəldiyimi qeyd etdi və sabah axşam saat 7-də zəng vurmağımı məsləhət gördü”.
Telefonda onunla danışan xanımın məşhur rejissorun ikinci arvadı olduğunu elə E.Ryazanovdan öyrənən M.Qarayev ona deyildiyi vaxtda telefona əl atdığını bildirdi. Rejissorun həyat yoldaşı Ryazanova sabah axşam saat 8-də zəng etməyi məsləhət görür: “Xanımı dediyi vaxtda zəng vurdum. Eldar Aleksandroviçlə salamlaşdım, hal-əhval tutduq. Azərbaycandan onunla müsahibə almaq üçün gəldiyimi bildikdə çox sevindi. Əvvəlcədən xəbər verməli olduğumu da nəzərimə çatdırdı”.
Həmin ərəfədə M.Qarayevə müsahibə vermək üçün vaxtının qıt olduğunu söyləyən E.Ryazanov jurnalistin çəkdiyi əziyyəti qiymətləndirərək müsahibə üçün vaxt təyin edərək təqviminə göz gəzdirir və müsahibənin vaxtını müəyyənləşdirir. Nə az, nə çox, düz bir ildən sonra istedadlı rejissor M.Qarayevlə görüş yeri təyin edir. Yer – Moskva, məkan – Kinomatoqrafçılar İttifaqı. Hətta saat belə müəyyən olunub: 15:00...
- Eldar Ryazanovdan müsahibə alacağınızı Bakıda bildikdə reaksiyalar necə oldu?
- Moskvadan Bakıya qayıtdıqdan sonra E.Ryazanovla vədələşdiyimiz vaxt yaxınlaşan ərəfədə Mədəniyyət Nazirliyinə müraciət etdim və dedim ki, mənim belə bir niyyətim var. Əlbəttə, bu təklifim onlara nağıl kimi göründü. Onlar isə düşünmüşdülər ki, yəqin mənim Moskvada işlərim var və istəyirəm bu səfəri onların hesabına gerçəkləşdirim. Elə düşünürdülər ki, səfərdən qayıtdıqdan sonra gəlib deyəcəyəm, Ryazanov olmadı və müsahibə alınmadı. Mən isə onlara yüz faiz söz verdim ki, E.Ryazanovla danışmışam və müsahibəni alacağam. Tərəddüd etsələr də, razılaşdılar.
Bir il əvvəl vədələşdikləri Moskva şəhərində “Kinomatoqrafçılar İttifaqı”nın foyesində yarım saat əvvəlcədən həyəcanla müsahibini gözləyən M.Qarayev saat 14:55-də E.Ryazanovun ümumi qapıdan içəri daxil oduğunu görərək onu qarşılayır. Sözünün sahibi olan Eldar Aleksandroviçlə bir küncə çəkilərək maraqlı müsahibəni diktafonun yaddaşına köçürüb: “İlk olaraq onun diqqətinə çatdırdım ki, bu adi bir müsahibə olmayacaq. Bizim Mariya Svetayeva, Folkner haqqında xüsusi buraxılışlarımızı ona təqdim etdim. Buraxılışları vərəqlədi. Özüm haqqında, öz maraq dairəmdən danışdım. Ona maraqlı gəldi ki, M.Svetayevanı bizim ölkədə sevilir. Bütün suallarıma yerli-yataqlı cavablar verdi. Müsahibə ərəfəsində mənə “Mahirçik” deyə müraciət edirdi. Tez-tez saatına baxaraq yekunlaşdırmaq, qurtarmaq dedi. Amma təbii mənə vəd etdiyi üç saat ərzində onu danışdırdım”.
Bakıya gələrək E.Ryazanovla xüsusi buraxılışı həm rusca, həm də öz dilimizdə çap edən M.Qarayev çap olunmuş materialları rejissorun poçtuna göndərir. Müsahibəni oxuyan kinorejissor M.Qarayevə təşəkkür məktubu yazıb Bakıya göndərir. O məktubu indiyə qədər də saxlayan jurnalist E.Ryazanovdan özünə qarşı bu cür isti münasibətdən təsirləndiyini də sözlərinə əlavə etdi.
- SSRİ-də əfsanəyə çevrilən Ryazanov soyadlı bir rejissor adının Eldar olmasını nə ilə bağlayırdı?
- Dediyinə görə, atası o zamanlar İranda neft mühəndisi adı altında kəşfiyyatçı kimi fəaliyyət göstərib. Adının da Eldar qoyulmasında görünür İran faktorunun təsiri olub. Sonradan atası ilə anası ayrılıb, atası İranda başqa qadınla evlənib. Deyəsən, atası sonradan həbs edilib. Anası isə üç yaşlı Eldarı Rusiyaya gətirib və başqa bir adama ərə gedib. O, ögey atanın himayəsində tərbiyə olunub.
Adının məhz Eldar olmasından gileylənmirdi, əksinə xoşhal idi ki, adı Eldardır. Çünki adının yad bir ad, soyadının yerli familiyadan olması dillərdə və hafizələrdə onu daha rahat yadda saxlamağa imkan verib. “Əslində Eldar Ryazanov çox yaxşı səslənir və tez yadda qalır” deyirdi. Bir dəfə Dağıstanda ona deyiblər ki, bəs sənin adın bizim adlardan götürülüb. Mən isə Eldar Aleksandroviçə dedim ki, yox, o, sırf türk adıdır. Bir sözlə, adının yad bir ad olması ona peşə fəaliyyətində əlavə divident qazandırmışdı.
- Ölkəmizdəki rejissorlardan kimlərisə tanıyırdımı?
- Rasim Ocaqovun filmlərinə məmnuniyyətlə baxdığını bildirdi. Xüsusən “İstintaq” filmi yaddaşında dərin iz buraxmışdı. Rəhbərlik etdiyi kursda sevimli tələbəsi olan Vaqif Mustafayevdən xəbər aldı. “Vaqif nə işlə məşğuldur?” - deyə soruşdu. V.Mustafayevin film çəkdiyini nəzərinə çatdıranda “Vaqifə də salamımı yetirin. Onun böyük gələcəyi var. “Yaramaz”ı hələ o vaxt göstərib mənə. Çox gözəl filmdir”, - dedi. Bir də eyni kursda oxuduğu Lətif Səfərovu kədərlə xatırladı. Onun intihar etməsini eşitdiyi zaman çox kədərləndirdiyini bildirdi. “Mosfilm”də işlədiyi həmkarı Əjdər İbrahimovu da unutmamışdı. Azərbaycan Yazıçılar Birliyinin sədri Anarı da M.Qarayevdən xəbər alan Eldar Ryazanov yazıçının yaradıcılığına yaxından bələd olduğunu, uşaq olarkən, müharibənin qızğın vaxtlarında 1941-ci ildə Bakıda olduğunu da söyləyib. Rusiyadakı indiki səfir Polad Bülbüloğlu, Rüstəm və Maqsud İbrahimbəyov qardaşları ilə də yaxın dostluq münasibətlərində olub.
- “Senzura qılıncı” altında filmlərini geniş kütləyə necə sevdirə bilmişdi?
- “Heç yerdən olmayan adam” filminin düz 28 il rəfdə yatdığını və “Qaraj” filiminin də senzura qayçısına tuş gəldiyini qeyd etdi. Ümumiyyətlə, 1987-ci ildə çəkilmiş “Fleyta üçün unudulmuş mahnı” filminədək bütün filmlərinin senzura “sığalına” tuş gəldiyini vurğuladı. E.Ryazanov sözü tamaşaçıya birbaşa yox, dolayısı ilə deməyi əsas götürmüşdü. Və zənni onu aldatmamışdı. Tamaşaçılar ilə bir-birlərini gözəl başa düşürdülər. “Qaraj” filmində “qolosuem” deyirlər və adamlar hamısı birdən bir nəfər kimi ad çəkilmədən əlini qaldırır. SSRİ-nin iç üzünü açıb göstərərək bu cür ifşa etməkdən başqa hansı effektli üsul ola bilərdi?
İstedadı vardı, sənətlə məşğul olurdu. Onu daha çox sadə insan həyatı, taleyi daha çox maraqlandırıb. Və uğurunun başlıca amili isə komediya və satira janrının böyük imkanlarından məharətlə istifadə etməsində idi. Özünü rejissor dostu Tarkovski ilə müqayisə edirdi. Tarkovskini sənətçilərin, özünü isə kütlənin rejissoru adlandırırdı.
Mahir Qarayev SSRİ zamanında Kommunist Partiyasının, yeni dövrdə isə heç bir partiyanın üzvü olmayan, ingilis və italyan dillərində ana dili kimi danışan Eldar Ryazanovun siyasətdən daim uzaq durduğunu, özünü sırf sənətinə həsr etdiyini deyir: “Dedim ki, bəs prezident Yeltsinlə dost olduğunuz haqqında söhbətlər gəzir”. Sualımı sadəcə olaraq boş şayiə adlandırdı. Hökümətdə olanlarla heç bir şəxsi əlaqəsinin olmadığını, işi, sənəti ilə məşğul olduğunu və ətrafındakılarında Qaft, Qorin, Qurçenko, Frendlix kimi mədəniyyət xadimlərindən ibarət olduğunu bildirdi”.
- Hər bir filmi şedevr sayılan kinorejissor müsahibə zamanı necə təsir bağışladı?
- Radikal adam deyildi, həddən artıq mülayim idi. Hardasa bizim Adil İsgəndərova bənzətdim onu. O həm də şair idi. Rus ziyalısına uyğun olaraq ziyalı görkəmində idi. Çox mədəni insan idi. Müsahibə əsnasında çəkdiyi filmlərin çəkiliş tarixini bir-iki dəfə səhv dedim. Sakit və mülayim halda “84, yox 85” deyə müdaxilə etdi. Sual verdim ki, hansı yeməkləri xoşlayırsınız, cavabında gülərək dedi ki, “mənim naturama baxan zaman ağla gələn sual o ola bilər ki, mən hansı yeməkləri xoşlamıram ki?”. İki şeyi xoşlamadığını isə xüsusi qabartdı: “qızardılmış soğanı və südün köpüyünü”. İçkiyə meyilli deyildi, siqaret çəkməyi isə tərgitmişdi. Maraqlıdır, 7 yaşından durmadan 35 il siqaret çəkmiş biri, özüdə günə 60 ədəd, birdən-birə 42 yaşında onu atmışdı.
Fərid MİRZƏYEV

1365 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024