Kann festivalında Azərbaycan pavilyonu

Kann festivalında Azərbaycan pavilyonu
26 may 2011
# 11:41
Mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Kann kinofestivalda iştirak edib. Bu il beş postsovet ölkəsinin qatıldığı festivalda ilk dəfə Azərbaycanın pavilyonu təşkil olunub.

Kulis.az-ın məlumatına görə pavilyonda ilk olaraq “Dövlət Film Fondu təqdim edir” adlı film təqdim edilib. Bu filmlə Azərbaycan kino tarixi ən kiçik detallarına qədər qonaqlara təqdim, daha sonra “Filmland of Azerbaijan” adlı multimedia kino bələdçisi nümayiş olunub.

İlk pavilyonda əsasən dövlət sifarişi ilə çəkilən, habelə “Salnamə” və “Yaddaş” studiyalarının filmləri yer alıb. Göstərilən filmlər arasında “Sahə”, “Aktrisa”, “İlahi məxluq”, “Hökmdarın taleyi”, “Qırxıncı qapı” bədii filmləri yer alır.

Nümayəndə heyəti festivalın sonrakı günlərində nüfuzlu kino xadimləri, prodüser mərkəzlərinin nümayəndələri ilə görüşlər keçiriblər.

Günel ƏSGƏRZADƏ
# 1616 dəfə oxunub

Oxşar xəbərlər

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

"Breaking Bad"in ulduzunun yeni layihəsi açıqlandı

16:57 15 may 2026
"Oskar"lı ulduzdan böyük layihə

"Oskar"lı ulduzdan böyük layihə

14:17 15 may 2026
Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

Pavlikovskidən yeni tarixi dram: "Fatherland" – Tomas Mannın "vətən" sınağı

13:53 15 may 2026
Uill Smit "Oskar" qalmaqalından sonra  ekranlara qayıdır

Uill Smit "Oskar" qalmaqalından sonra ekranlara qayıdır

13:15 15 may 2026
“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

“Xarıbülbül” festivalında “Şuşa, sevgilim” filmi nümayiş olundu

11:03 15 may 2026
“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

“Uzun Həsən” tarixi filminin yeni görüntüləri yayımlandı

11:45 14 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər