30 yaşlı dramaturq tapmadıq - DƏYİRMİ MASA

30 yaşlı dramaturq tapmadıq - DƏYİRMİ MASA
20 may 2011
# 14:19
Ramilə QURBANLI


Azərbaycan Teatr Xadimləri İttifaqı nəhayət ki, milli dramaturgiya sahəsində mövcud ətaləti yırtıb. Kulis.az-ın məlumatına görə ittifaqda milli dramaturgiya məsələlərinə həsr olunmuş dəyirmi masa keçirilib. “Müasir dövr və dramaturgiyada yeni düşüncə tərzi” istiqamətində keçirilən müzakirədə milli dramaturgiyanın müxtəlif yaş qruplarından olan nümayəndələri iştirak ediblər. ATX-nın sədri Azərpaşa Nemətovun açdığı dialoq-müzakirəni davam etdirmək Ramiz Fətəliyevə həvalə olunub:

“Şeksprin ölməz əsəsrləri “Hamlet” və “Otello”nun tamaşalarında o qədər faciə ilə üz-üzə qalan tamaşaçı tamaşadan çıxanda yaşamaq həvəsi ilə yüklənir. Bizim bəzi dramaturqların pyeslərini tamaşası toydan-büsatdan bəhs edir, amma insan elə ordaca intihar etmək istəyir. Bunun səbəbi təbii ki, dramaturji materialdır. Gəlin, birlikdə bunun həlli yollarını tapaq. Necə edək ki, dramaturji material tamaşaçını teatra çəksin”.

Azərpaşa Nemətov: Bu yaxınlarda Moskvadan təklif gəldi ki, bilmirəm hansısa tədbir keçirilir və ora bizdən 3 nəfər 35 yaşa qədər olan gənc dramaturq dəvət edirlər.

Ramiz Fətəliyev: Sən nə etdin?

Azərpaşa Nemətov: Mən axtardım və tapmadım. Yoxdur. Dünən Milli Dram Teatrında Gürcü sənətkarlarının “Moruq” adlı tamaşasına baxdım. Orda söhbət dramaturqların həyatından gedir. İlqar Fəhmi burdadır, onun yaşı 35-ı keçib. Onun “İtlər” pyesi çox xoşuma gəlmişdi, amma onunla da dayandı, daha pyes yazmır.

Yazıçı İlqar Fəhmi: “Bir vaxtlar yaxşı mono-tamaşalar, eksperimental tamaşaların festivalları keçirildi. Elə sizin ittifaq bunu təşkil etdi. Onda gənc yazarlar ortaya yaxşı dramaturgiya qoydular. Mənim “İtlər” pyesim də həmin vaxt Kamera teatrında qoyuldu, indiyə qədər də repertuardadır. Gənc yazar cəsarət edib böyük pyes yaza bilmir, o iki, üç personajdan ibarət pyes yaza bilər və yavaş-yavaş püxtələşər. O pyeslər də böyük teatrların səhnələri üçün deyil, mono teatrlar üçündür. Gənc prozaiklərin pyes yazmamalarının səbəbi yaradıcılıq studiyalarının, kiçik teatrların olmamasıdır. O vaxtkı ənənə 2003-cü ildə qırılmasaydı indi yetişmiş gənc dramaturqlar olardı”.

Rejissor Azərpaşa Nemət: “Bu yaxın zamanlarda “2+1” adlı festivalla o ənənəni davam etdirəcəyik”.

Sənətşünas Məryəm Əlizadə: “Bayaq dünən Milli Teatrda gedən gürcü tamaşasından söhbət getdi. Çox gözəl tamaşa idi. O qədər yüksək dramaturgiya vardı, mən heyran qaldım. O qədər həyəcanla əl çaldım ki, barmağımda üzüyüm qırıldı. Düşündüm ki, görəsən, bu əsəri bizim aktyorlar oynaya bilərmi? Özüm də cavab tapdım ki, oynayarlar, yaxşı rejissor aktyoru oynadar. Gəlin görək, o pyesi bizim müəlliflər yazsaydı, bizim teatrlar onu götürüb səhnələşdirirmi? Yox, deyəcəklər ki, bizim teatr üçün deyil. Çünki bizim teatrlar eyni Sovet sterotiplərindən ayrıla bilmirlər. Bu gün qınaq yeri teatrdır, aktyor, rejissordur. Heç kim demir ki, təməl dramaturgiyadan başlayır. Yaxşı dramaturgiyadan ortaya yaxşı da tamaşa qoymaq olar.”

Ssenarist Ramiz Fətəliyev: “Milli Kitab Müsabiqəsi kimi bir dram müsabiqəsi keçirmək yerinə düşərdi. Hə, Azər müəllim, Nigar Köçərlinin keçirdiyi müsabiqəni dedim ki, bir az qısqanclıq edib, o məsələyə baxasan?”

Keçirdim qısqanclıq, amma yaxşı hiss deyil. Təbabət tərəfdən yanaşsaq şizofrenyanın növüdür. Təklifin isə yaxşı təklifdir.

Yazıçı Elçin Hüseynbəyli: “Dramaturq yetişməsi üçün teatrlarla birbaşa ünsiyyətdə olmalıdır. İndiyə qədər hansı teatr direktoru dramaturqları çağırıb söhbət edib ki, görüm bir qovluğunda nə var. Heç biri. Biz oxuyan, teatra gedən xalq deyilik, biz tacir psixologiyalıyıq, bu faktdır. O düzgün fikir deyil ki, dramaturgiya yaxşı olsa tamaşaçı teatra gələr. Guya tamaşaçı Şeksprin, Molyerin əsərlərinin tamaşasına gəlib baxır? Heç yazılan ədəbiyyatı oxuyan yoxdur, heç oxumasın, mən yazıram.”

Dramaturq Əli Əmirli: “Mən o fikri qəbul etmirəm ki, heç oxumasın, heç teatra gəlməsin. Biz oxucu üçün, tamaşaçı üçün yazırıq. Onun fikrini də əsas götürməliyik.”


Yazıçı Afaq Məsud: “Dünən mən gürcü teatrının tamaşasında öz tamaşaçılarımız sarıdan utanc yaşadım. Əvvəla zal yarıdan çox boş idi. İkincisi tamaşaçılar yarımçıq durub gedirdilər. Qalanlar da adi alqışlamaq mədəniyyətinə sahib deyillər. Biz bu gün tamaşaçını necə eliyək ki, yetişdirək mövzusunda müzakirə aparmalıyıq.”

Müzakirələr çox çəkdi. Amma sonda yenə bir qənaət hasil olmadı. Sual açıq qaldı. Yalnız bir məxrəc hasil olundu ki, bu gün Azərbaycan teatr məkanında yeni düşüncə tərzli dramaturgiya düyməsi var, sabah onlar çiçək açacaq.
# 1551 dəfə oxunub

Oxşar xəbərlər

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

Kino Agentliyi şikayətlərə gizli baxıb... - Məşhur rejissordan etiraz

12:55 4 noyabr 2025
“Mənim evim”  beynəlxalq təlim proqramında

“Mənim evim” beynəlxalq təlim proqramında

17:26 3 noyabr 2025
Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

Heç vaxt yağış yağmayan, azadlığın günah olduğu şəhər

17:12 3 noyabr 2025
"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?"  - Fellini bizə nə öyrətdi?

"Kim deyib ki, insan dünyaya xoşbəxt olmaq üçün gəlir?" - Fellini bizə nə öyrətdi?

17:56 31 oktyabr 2025
Döyməsinə görə ordudan atılan "Ceyms Bond"  - Şon Konneri ölümdən necə xilas olmuşdu?

Döyməsinə görə ordudan atılan "Ceyms Bond" - Şon Konneri ölümdən necə xilas olmuşdu?

17:49 31 oktyabr 2025
"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

"Burada heç kim xoşbəxt ola bilmir" - Kölgələr limanının sakinləri

14:28 31 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər