“İstehlak bədəni faşizmdən az zorlamır”
5 sentyabr 2012
11:30
Dahi italyan rejissoru Pyer Paolo Pazolini bu müsahibəni 1975-ci ildə, ölümündən üç gün əvvəl İsveçdə “Salo və ya Sodomun 120 günü” filminin təqdimatı zamanı kinotənqdiçilərə verib. Müsahibədən maraqlı hissələri təqdim edirik.
- İsveç kinosu haqda nə bilirsiz?
- İtalyan intellektualları kimi mən də Berqmanı tanıyıram. Başqa heç kimi tanımıram. Bir neçə İsveç rejissorunun adını eşitsəm də filmləri ilə tanış deyiləm.
- Heç birinə baxmamısınız?
- Roma dəhşətli şəhərdir. Orda müstəqil kinonu nadir hallarda göstərirlər.
- Son filminiz Sodom haqdadır...
- İlk dəfədir ki, başlanğıcda ideyası mənə məxsus olmayan film çəkmişəm. Bu ideyanı Sergio Citti təklif etdi və mən həmişə olduğu kimi ona ssenarini yazmaqda kömək etdim. Zaman keçdikcə Citti ssenariyə marağını itirdi, mənsə əksinə ona vuruldum, xüsusən də hadisələri 1945-ci ilə, Salo Respublikasının son gününə keçirəndən sonra. Citti başqa ssenari haqqında düşünməyə başladı və layihədən imtina etdi. Film de Sadın əsərinə əsaslanıb və onun mövzusu seksin reprezentasiyasıdır. Ancaq “həyatın trilogiyası” adlandırdığım son üç filmdə (“Dekameron”, “Kenterber hekayətləri”, “Min bir gecə çiçəyi”) onun təqdimatı bir qədər dəyişib. Yeni filmdə isə seks bədənin hakimiyyətinin merkantilizasiyasına alleqoriyadır. Məncə, insanları istehlak idarə edir və bədəni faşizmdən az zorlamır. Filmim faşizm və konsyumerizm (“istehlakçı” sözünün sinonimi, istehlkçı hüquqlarının genişləndirilməsi, iqtisadi fəaliyyətin onların maraqlarına uyğyunlaşdırılması-S.S) arasındakı bu dəhşətli oxşarlıqdan bəhs edir. Amma bilmirəm, publika bunu başa düşəcəkmi, çünki film tapmaca formasında təqdim edilib. Bu, demək olar ki, misteriya kimidir və filmdə müqəddəslik sözü latıncada olan “lənət” anlamını saxlayır.
- Niyə məhz 1945-ci ili seçdiz?
- Mən dünyanın axırını, əzəmətin son günlərini göstərmək istəmişəm. Bu poetik seçim idi - hadisələr, 39-da, 38-də, 37-də də baş verə bilərdi, o zaman filmdəki poetiklik az olacaqdı.
- O dövrdə poetik olan nə idi?
- Dekadentlik və hərc-mərclik mahiyyətcə poetikdi. Hadisələr nasizmin çiçəklənən vaxtında baş versəydi, film dözülməz olardı. Tamaşaçı anlayanda ki, bu, son günlərdə baş verir və tezliklə bitəcək, yüngülləşir.
- Siz şair və rejissorsuz. Bu iki sahə arasında ümumi nəsə varmı?
- Məncə bunlar arasında çox dərin vəhdət var. Eynilə yazıçı bilinqvist də ola bilərəm.
- Yeni filminiz necə adlanır?
- “Salo” adlanır. Qarda gölününün sahilindəki şəhərin adı belədir. Ora faşist respublikasının paytaxtı idi. Filmin tam adı “Salo və ya Sodomun 100 günü”dür. Ancaq filmdə o dövrün tarixi rekonstruksiyası, heç bir tarixi uyğunluq yoxdur: nə Mussolininin portreti, nə nasist salamlaşma.
- Filmlərinizin maliyyələşməsi ilə bağlı problemləriniz yaranır?
- Yalnız “Donuz damı” və “Medeya” kommersiya baxımından uğurlu olmayıb. Qalan filmlər yaxşı gəlir gətirdi. ”Akkattone” əhəmiyyətli uğur qazandı.
- Kinematoqrafik vərdişlərinizi necə təkmilləşdirirsiz?
- Bir metod var. Filmləri izləyərkən çoxlu məşqlər etmişəm. Çarli Çaplin və Kendzi Midzoqutinin filmlərinə məftunam. Filmlərimdə baş verən hər şey bu iki təzadın arasında yerləşir. Mahiyyətcə filmlərim komizmin və ilahiliyin qarışığıdır. Hətta son dərəcə bədii və ilahi adlandırılan “Çar Edip” filmində belə komizm var. Bundan başqa həmişə kinoda realizmi komik element kimi qəbul etmişəm. Amma biz diqqtəli olmalıyıq və “komik” termininə həddən artıq sadə tərif yazmamalıyıq.
- Siz yazıçısınız. Nə əcəb film çəkdiniz?
- Bu, uzun əhvalatdır. 18, 19 yaşım olanda rejissor olmaq istəyirdim. Sonra müharibə başladı və bütün ümidlər məhv oldu. Daha sonra İtaliyada uğur qazanan “Həyat oğlanları” romanını yazdım və bundan sonra məni ssenarist kimi işləməyə dəvət etdilər. “Akkattone” filminin çəkilişləri zamanı ilk dəfə əlim kameraya toxundu. Buna kimi heç foto da çəkməmişdim. Indiyə kimi də foto çəkə bilmirəm.
- Öz gələcəyinizi necə görürsünüz? Gələcəyiniz daha çox ədəbiyyat, yoxsa kino ilə bağlı olacaq?
- Bir neçə film çəkməyi, sonra özümü ədəbiyyata həsr etməyi düşünürəm.
- Siz qeyri-peşəkar aktyorlarla işləməyə üstünlük verirsiz. Necə işləyirsiz? Əvvəl məkanı, sonra aktyorları seçirsiz?
- Dediyiniz qədər deyil. Hadisələr fəhlə sinfinin mühitində baş verirsə, o zaman mən qeyri-peşəkar aktyorlar, adi kişilər və qadınlar seçirəm. Əminəm ki, orta təbəqədən çıxmış aktyorun özünü yoxsul və ya fəhlə sinfinin nümyəndəsi kimi aparması mümkün deyil. Bu, dözülməz dərəcədə saxta görünəcək. Əgər burjiaziyadan çəkirəmsə, onda peşəkar aktyorlardan istifadə edirəm, çünki mühəndisdən və ya hüquqşünasdan oynamağı xahiş edə bilmərəm. Mən fiziki fərqlərdən danışıram: İtaliyada ağ və qara insan arasında olduğu kimi orta təbəqə və fəhlə sinfi arasında da fərq var.
- Son filminizdə dini elementlər yox idi...
- Əmin deyiləm ki, yox idi. Dini atmosfer bütün filmə işləyir. Amma orada birbaşa dini mövzuya aid olan heç nə yoxdur, yalnız mistik və qeyri məntiqi situasiya var.
- İtaliyada marksistlər və katoliklər arasındakı dialoqda iştirak etmisiniz?
- İtalyada artıq nə marksistlər, nə də katoliklər var.
- Marksist olmaq, Kommunist partiyasına və ya başqa fraksiyaya aidiyyatı olmaq deməkdi?
- Ola blsin, hər şey deməkdir. Kommunistlər, sosialistlər, hardlaynerlər. İtalyan hardlayner bomba quraşdıra və axşam da televizora baxa bilər.
- İnsanların siniflərə bölünməsi bu günə qədər mövcuddurmu?
- Mövcuddur. Amma burada bir cəhət var. Sinfi mübarizə yalnız iqtisadi səviyyədə baş verir, mədəni yox.
- Neofaşist hərəkatı haqda nə deyə bilərsiz?
- Faşizmin sonu gəlib. O Allaha, ailəyə, orduya əsaslanırdı, amma indi bu sözlər heç bir anlam daşımır. Bayrağı görəndə nəsə hiss edən italyanlar artıq yoxdur.
- İtalyan cəmiyyəti indi tənəzzül dövünü yaşayır?
- Mən düşünürəm ki, konsyumerizm faşizmdən daha pisdir, çünki ruhən faşist olmaq italyanların görünüşünü dəyişmirdi. O italyanların daxilinə girməmişdi. Bu, totalitar rejim idi, amma totalizə edən deyildi. Örnək gətirim: faşizm 20 il ərzində dialektləri məhv etməyə çalışdı və uğursuzluğa düçar oldu. Konsyumerizm əksinə, guya dilalektlərin müdafiəsinə qalxır, amma əslində onları məhv edir.
- Necə düşünrsüz, iki güc arasında tarazılıq varmı?
- Bəzi nizamsız tarazlıq mövcuddur.
- Bu nizamsızlığın mənbəyi nədir?
- Bu, italyansayağı “yaş” krizidir. İtaliya tez bir zamanda zəif ölkədən inkişaf edən ölkəyə çevrildi. Bütün bunlar 5, 6 və ya 7 ildə baş verdi. Bu, yoxsul ailənin milyonçuya çevrilməsi kimi bir şeydir. O, öz identikliyini itirir. İtalyanlar identikliyini itirmək dövrünü yaşayırlar. Digər ölkələr ya formalaşıblar və öz idenktliyini yavaş-yavaş son iki yüz ildə itirməyə başlayıblar, ya da üçüncü dünya kimi formalaşmayıblar.
- Gələcək haqda nəsə deyə bilərsiz. Ümid varmı gələcəyə?
- Bu gün söhbət etdiyim iki isveçlidən soruşdum ki, hansı sivilizasiyanı onlar özlərinə daha yaxın hiss edirlər: texniki, yoxsa humanist. Onlar cavab verdilər ki, özlərindən əvvəlki nəsillərdən hər şeydə fərqlənən ilk nəsildirlər. Mən bu gün gördüklərimi deyirəm. Ancaq siz italyanlarla söhbət etsəz, onlar sizə deyəcək: “Ooo, Pazolini, o dəli adam”
Sevda Sultanova
Mənbə: cineticle.com

1672 dəfə oxunub
Oxşar xəbərlər
2 dəqiqəlik serialın baş rol aktyorları məlum olub
10:30
14 dekabr 2024
Serialdan aldığı qonorarı bağışlayacaq
09:20
13 dekabr 2024
“Yaddaş sarayları” filminin çəkilişləri yekunlaşdı
18:12
12 dekabr 2024
37 yaşlı aktyor vəfat etdi
17:26
12 dekabr 2024
Almaz obrazı çox uğursuz idi! - "Vətəndaş A" serialının qüsurları
12:44
12 dekabr 2024
“Şimalda kino günləri” layihəsi başa çatdı
10:45
12 dekabr 2024