Madonna film tənqidçilərinə cavab verib

Madonna film tənqidçilərinə cavab verib
13 sentyabr 2011
# 12:20
Pop ulduz Madonna Toronto Film Festivalında təqdim etdiyi “W.E.” filminin tənqidçilər tərəfindən tənqid olunmasına cavab verib.

Dünyanın ən çox qazanan qadın müğənnilərindən olan Madonna: “Müğənnilik fəaliyyətimə başlayanda da bu cür təzyiqlərlə qarşılaşırdım. Film kareyeramda da uğurlu olacağımı düşünürəm”, -deyə bildirib.

Filmi ən çox tənqid edən isə “Guardian” qəzeti olub. Qəzet filmi beş ulduzluq cədvəldə bir ulduzla qiymətləndirib. Halbuki “Daily Telegraph” eyni cədvəllə filmə daha yüksək, yəni üç ulduz verməklə kifayətlənib.

"W.E." filmində Nyu-York sakini Uolli Uintrop, kral VIII Eduardın və amerikalı Uollis Simpsonin sevgi hekayətinə mübtəla olaraq onu araşdırır. Uolli bunun ideal sevgi hekayəti olduğuna inansa da, araşdırdığı faktlar cütlüyün heç də xoşbəxt olmadığnı göstərir.

Büdcəsi 15 milyona yaxın olan film çəkilməsi üçün bir il əvvəl Madonna Böyük Britaniya kraliçasına da müraciət etmişdi və ona bununla bağlı məsləhətlər verilmişdi.

Madonnanın 2008-ci ildə ekranlaşdırdığı “Çirk və müdriklik” adlı ukraynalı mühacirdən bəhs edən ilk filmi Berlin festivalında soyuq qarşılanmışdı.

Günel Əsgərzadə
# 1756 dəfə oxunub

Oxşar xəbərlər

Endi Vorholun yeni filmləri üzə çıxdı

Endi Vorholun yeni filmləri üzə çıxdı

12:16 30 yanvar 2026
Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

Azərbaycan 61-ci Venesiya Biennalesində təmsil olunacaq

11:39 30 yanvar 2026
“Ssenaridə aktlar və keçidlər”  adlı təlim keçirildi

“Ssenaridə aktlar və keçidlər” adlı təlim keçirildi

17:00 26 yanvar 2026
2025-ci ilin ən yaxşı 10 serialı - Siyahı

2025-ci ilin ən yaxşı 10 serialı - Siyahı

14:56 26 yanvar 2026
"Oskar" tarixində yeni rekord

"Oskar" tarixində yeni rekord

15:54 23 yanvar 2026
"Oskar"a namizədlər açıqlandı - Siyahı

"Oskar"a namizədlər açıqlandı - Siyahı

10:05 23 yanvar 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər