Zibillikdə rəsm çəkənlər
Yaxınlarda “Zibillik” adlı sənədli filmi izlədim. Film düşüncəmi işğal edib ki, hələ də onun təssüratından qopa bilmirəm.
Filmi izləyəndə həm də xəcalət hissi duydum.
Hər şeydən əvvəl Braziliya əsilli amerikalı rəssam, fotoqraf Vik Munizi tanımadığıma görə.
“Zibillik” onun qeyri-adi yaradıcılığını anladır.
Çox istərdim ki, dostlarım, tanıdığım sənət, ədəbiyyat adamları bu filmi izləsinlər. Buna dəyər. Doğrudan.
Vik Munizin özəlliyi nədir? 1990-cı illərdən tanınan Muniz əsərlərini rənglərlə yox, müxtəlif materiallarla – zibillərlə, şəkərlə, müxtəlif qida məhsulları ilə işləyir.
Məsələn, o, tanınmış Amerika rəssamı Cekson Pollokun portretini şokolad siropu, Mona Lizanı fındıq pastası və cem, “Şirin uşaqlar”ı qənd zərrəcikləri ilə işləyib.
Bu üslub onun karyerasında mühüm rol oynayır. Amma məsələ bunda deyil, təsirləndiyim məqam başqadır.
Bir neçə il əvvəl Muniz olduqca faydalı, humanist bir layihəyə imza atdı. Lüsi Uolkerin bu il “Oskar”a nominant olan “Zibillik” sənədli ekran işi də həmin xeyirxah layihə və müasir sənətin gücü haqdadır.
Böyük Britaniya və Braziliyanın birgə layihəsi olan “Zibillik” filmi 3 ilə çəkilib.
Hadisələr Rio-de Janeyroda – dünyanın ən iri zibilliyində “Jardim Gramaşo”da baş verir. Filmin qəhrəmanları zibilləri çeşidləyən – o qədər də böyük olmayan işçi qrupdur.
Muniz həyatın dibində yaşayan, həyatda mövcud olmaq uğrunda mübarizə aparan bu insanların portretlərini zibillikdəki materiallarla işləyir.
Daha maraqlısı - “Time” jurnalının yeni minilliyin rəssamı adlandırdığı Munizin dünya rəssamlıq sənətinin klassik əsərlərini fəqrli texnika ilə müasir gerçəkliyə uyğun interpretasiya etməsidir.
Məsələn, “Zibillik” filminin qəhrəmanlarından birinin portretini fransız rəssamı Jak Lui Davidin “Maratın ölümü” məşhur əsərinə əsasən işləyib.
Proses zamanı qəhrəmanlar həm də öz həyat hekayətlərini anladır. Onların hər birinin son dərəcə kədərli, ibrətamiz hekayəti var.
Amma faciəviliyə rəğmən onların mənəvi gücü, nikbinliyi itirməmələri, ləyaqət hissi adamı heyran edir.
İş prosesi zamanı fəhlələr Munizin könüllü assistentlərinə çevrilir.
Yaradıcı prosesə qatılan bu unudulmuş insanlar tamamilə yeni sahədə bilgilər alır, öz həyatlarına ilk dəfə fərqli rakursdan baxmaq imkanını əldə edir.
Muniz layihədə yüksək sənətlə sosiallığı, həyatın acı gerçəkliyini birləşdirir. Və layihə vasitəsi ilə ağır həyat tərzi keçirən insanlara konkret yardlm edir, dünyanın, Braziliyia ictimaiyyətinin, hökumətinin diqqətini onların yaşamına, prpoblemlərinə çəkir.
Çəkilişdən sonra Londona gedən Muniz portretləri “Phillips de Pury” auksionunda nümayiş etdirdi və baha satılan əsərlərdən gələn bütün gəliri qəhrəmanlarına verdi.
Filmdə Munizin yaradıcılıq prosesi adamı biganə qoymur.
Onun əsərləri sənətin gücünü göstərir, elə bil güc ki, insanların həyatını yaxşılaşdıra, xeyirxahlığa sövq edə bilər.
Muniz öncədən sadəcə zibillikdə zibillərin köməyi ilə portretlər seriyası yaratmaq istəyirdi.
Amma işçilərlə söhbət onların taleyi, yaşantıları rəssama da öz həyatına yenidən baxmaq imkanı verir.
Özü də imkansız ailədə doğulan Muniz filmin sonunda deyir:
”Mən əvvəllər hər şey arzulayırdım, amma heç nəyim yox idi. İndi isə hər şeyim var və heç nə arzulamırdım. Əslində mən onlara yox, onlar mənə kömək etdilər”.
Sevda SULTANOVA

Oxşar xəbərlər

Sürəyya niyə daş-qalaq olunmuşdu? - Dini filmlər
12:00
22 fevral 2025

Məhkəmə "Şakir Paşa ailesi" ilə bağlı qərar verdi
10:45
22 fevral 2025

Məşhur rejissor yeni film çəkilişlərinə hazırlaşır
10:37
22 fevral 2025

"Ceyms Bond" hüquqlarını satdı
18:40
21 fevral 2025
Oğlu ilə bir serialda oynayacaq
15:30
21 fevral 2025

Filminin nümayişi niyə təxirə salınıb? - Nazirliyə müraciət
12:15
21 fevral 2025