Səndən başlamasaydım...

Səndən başlamasaydım...
22 avqust 2013
# 10:29

Hər şey qarışıqdı:

Əlin əlimdə...özün dünyanın o başında...

Qaldığın yer qəlbimdə!

Qaçmaq istədim bu qarışıqlıqdan...

Uzağa qaçım dedim, sənin kimi...

Qəlbimdən, səndən uzaq...

Qəlbsiz və sənsiz olmaq...

Mənim mənsiz olmam demək...

O qədər varlı deyiləm,

məndən sizi, özümdən məni almasınlar...

Bir yer göstərin qaçmağa, məni tapmasınlar...

Hara qaçım?!....

Hara qaçsam dünyadı....

gecəyəmi?!...

Gecə - kiçik ayrılıqdı, röyadı!..

Gecə olmasa...

Ayrılmasaq...

həyatın bütün dərslərindən bir alsaq...

bir qalsaq...

Xatirələrimə qaçdım...

Yenə sənə və qəlbimə...

Və dedim ki:

Kim olsa sevərdim, sevməyə səndən başlamasaydım...

# 1804 dəfə oxunub

Müəllifin son yazıları

# # #