"Türkiyədə Şah İsmayılın xatirəsi əbədiləşdirilməlidir"

"Türkiyədə Şah İsmayılın xatirəsi əbədiləşdirilməlidir"
31 may 2013
# 12:09

“AKP iqtidarı böyük bir mərkəzə türkcədə Sultan Səlimdən daha yaxşı danışan Şah İsmayılın adını verməlidir. Buna görə Azərbaycan türkləri çox sevinəcək. Burada məzhəb sevgisindən söhbət gedə bilməz”. Kulis.Az-ın verdiyi məlumata görə Türkiyənin “Hürriyət” qəzetinin yazarı Taha Akyol bu gün yazdığı “Səlim və İsmayıl” köşəsində belə yazıb.

Sultan Səlim-Şah İsmayıl mübarizəsini Bizans-Sasani müharibəsinin davamı adlandıran T. Akyol İstanbulda açılacaq üçüncü körpüyə “Yavuz Sultan Səlim” adının verilməsinin əleyhinədir: ““Yavuz Sultan Səlim” adına ələvilər etiraz edir. Bununla bərabər Abdullah Gül, Cəmil Çiçək və Ərdoğanın ələvilərə qarşı qərəz nümayiş etdirmələrinin əsası yoxdur. Çox güman məşhur “üç böyük padşah” (Fateh, Yavuz və Qanuni) misalına görə bu adı seçdiklərini düşünürəm”.

Yavuz Səlimin adının tarixdən silinməsinin əleyhinə olduğunu bildirən yazar ələvilərə hörmət əlaməti olaraq onları razı salacaq addımların atılmasının vacibliyini vurğulayıb.

# 2967 dəfə oxunub

Müəllifin son yazıları

# # #