Bu il də Nobelə ən şanslı namizəd Murakamidir BUKMEKER

Bu il də Nobelə ən şanslı namizəd Murakamidir BUKMEKER
7 oktyabr 2013
# 17:35

Böyük Britaniyanın “Ladbrokes” bukmeker kontoru 2013-cü il ədəbiyyat üzrə Nobel mükafatına ən şanslı namizəd kimi yenə də yaponiyalı yazıçı Haruki Murakamini göstərib.

Kulis.Az-ın “Ladbrokes” bukmeker kontorunun rəsmi saytına istinadən yaydığı məlumata görə 2011 və 2012-ci illərdə Nobel almağa ən real namizəd kimi göstərilən H. Murakami 5 əmsalla siyahıya başçılıq edir. (red- Yapon yazıçıya qoyuluş edən şəxslər yazıçı qalib gəldiyi təqdirdə hər dollara görə 6 dollar qazanacaqlar) Amerikalı Coys Karol Oates 6 əmsalla 2-ci, macar yazıçı Peter Nadas və kanadalı Alice Munro 7 əmsalla müvafiq olaraq 3-cü və 4-cü yeri bölüşürlər. Suriyalı şair Adonis isə 14 əmsalla 9-cu yerdə qərarlaşıb.

Keçən il ikinci sırada yer alan Bob Dilan (50), israilli yazıçı Amos Oz (16), çex Milan Kundera (25), britaniyalı Salman Rüşdi (40), italiyalı Umberto Eko (50), ispaniyalı Enrike Vila-Matas (66), rusiyalı şair Yevgeni Yevtuşenko (100) və amerikalı Pol Oster (100) onluqdan kənarda qalıblar.

Mükafatın builki qalibinin adı oktyabrın 10-da açıqlanacaq.

İsveç Kral Akademiyasının 1901-ci ildən təqdim etdiyi ədəbiyyat üzrə Nobel mükafatı keçən il çinli yazıçı Mo Yana verilmişdi.

# 1993 dəfə oxunub

Müəllifin son yazıları

# # #