“İslam rəsmi din olmalıdır!”

“İslam rəsmi din olmalıdır!”
3 aprel 2013
# 10:50

İçərişəhər “Cümə” məscidinin imam-camaatı, DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlu “Qafqazinfo”ya verdiyi müsahibədə bəzi Avropa ölkələrində olduğu kimi, dinin rəsmi din elan olunması üçün qanunvericilikdə dəyişikliklər edilməsinin vacibliyini söyləyib. O, islam dininin ölkədə rəsmi din elan olunmasına ehtiyac olduğu fikrini səsləndirib.

Kulis.Az-a açıqlama verən keçmiş millət vəkili Pənah Hüseyn İlqar İbrahimoğlunun mövqeyini bölüşdüyünü söylədi: “Deyəsən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məscidlərə hansı xütbənin oxunması barədə tövsiyələrin əks olunduğu kitab paylanıb. Hacı İlqar da deyib ki, dövlətin xütbə ilə bağlı, ümumiyyətlə, islam dini icmaları arası məsələlərə o zaman qarışmaq hüququ olar ki, islam dini dövlət dini olsun. Yəni, dinlə dövlət ayrı olmasın. O halda məscidlərdə çıxış etməyə dövlətin müdaxiləsi məntiqli görünər və zəruri olar. Ancaq bizim konstitusiyada din dövlətdən ayrıdır. Hacı İlqar dövlət qurumu olaraq dini komitənin islam dini icmalarının dini ibadətlə və dinlə bağlı daxili işlərinə qarışmasını yolverilməz hesab edir. Bu məsələdə prinsipcə hesab edirəm ki, Hacı İlqar tam haqlıdır. Bir halda ki, konstitusiyada din dövlətdən ayrıdır, o halda dövlətin dini icmalarının daxili işlərinə qarışmasını doğru hesab etmirəm. Bu tamamilə qanuna müvafiqdir, burda mübahisəli bir məsələ yoxdur. Hacı Avropa ölkələrində olduğu kimi, Norveçi misal gətirərək deyib ki, islamın da dövlət statusu almasının tərəfdarıyam”.

P. Hüseyn mollanın, dini icma rəhbərinin, hansı mövzuda və ya məzmunda çıxış etməsinə dövlət qurumları tərəfindən göstəriş verilməsini dövlətin dindən ayrılması müddəasına zidd olduğunu da qeyd etdi.

# 3074 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #