Elman dayı KİTAB yazdı

Elman dayı KİTAB yazdı
23 oktyabr 2013
# 17:41

Qız Qalasının yanında yerləşən kitab dükanının sahibi Elman Mustafayevin bu yaxınlarda kitabı çap olunacaq. Bu barədə Kulis.Az-a Elman Mustafayev özü məlumat verib: “Kitab artıq çapa verilib. Bu mənim ilk kitabımdır. Kitaba cavanlığımda yazdığım şeirlər, aforizmlər, rübailər daxil edilib. Həm də Bakı Kitab Evində direktor olduğum zaman görkəmli adamlarla saysız-hesabsız görüşlərim olub ki, onlar haqda xatirələrimi yazmışam. Onların arasında görkəmli dövlət xadimləri, alimlər, şairlər, rəssamlar var. Məsələn, 70-ci illərdə Səttar Bəhlulzadə ilə o qədər söhbətlərim olub ki, onları vermişəm”.

"Kitab sərrafı" adlı kitabda E. Mustafayev haqda dünya mətbuatında yazılmış informasiyalar və 25-ə yaxın fotoşəkil də işıq üzü görəcək.

300 tirajla “Elm” nəşriyyatında çap olunacaq kitabın redaktoru Pərvanə Məmmədlidir.

# 2894 dəfə oxunub

Müəllifin son yazıları

# # #