İsveçrənin tanınmış həkimlərindən olan Samuel Tissotun 1760-cı ildə işıq üzü görən “LOnanisme” kitabında kişilərə xəbərdarlıq edib: “Heç vaxt masturbasiya etməyin!” Mütəmadi masturbasiya insanı dəliliyə apara bilər. Tissota masturbasiyanı boş vaxt itkisi və kişinin spermalarını itirməsi hesab edib.
Kilsə o dövr, masturbasiyanı küfr saysa da Avropa dövlətləri, məhz Tissotun səsləndirdiyi fikrdən sonra masturbasiyaya qarşı hərəkətə keçiblər. XVIII əsrin sonlarında, masturbasiya edən, ya da etməkdə şübhəli bilinən gənclər dəlixanaya salınıb. Habelə, ABŞ hökuməti, Birinci Dünya Müharibəsinə qədər, masturbasiya edənlərə elektroşok verilib, onların cinsi orqanları kəsilib.
Keçən ilin mayında nəşr edilmiş “Seks və Cəza - Arzunu mühakimə etməyin dörd min ili” kitabında, jurnalist Erik Berkovitz, masturbasiya məsələsini uzun-uzadı izah edib: Mesopotomiyada tapılmış ilk yazılı qanunlarda göstərildiyi kimi dövlət heç vaxt insanların yataq otağından çıxmayıb. Yataq otağıyla da kifayətlənməyən dövlət seksin olduğu hər yerə, tövlələrə, tarlalara, (xüsusən də Qədim Misir və Romada) ordu qərargahlarına, yollara qədər burnunu soxub.
Berkovitzin kitabında bir cəmiyyətdə olan cinsi tabuların, digər bir cəmiyyətdə normal qarşılandığı, bir dövrdə xor görülən cinsi münasibətlərin başqa bir dövrdə sərbəst şəkildə yaşadığı qeyd edilir. Ancaq yadda saxlayın ki, bütün dövrləri əhatə edən sadəcə iki qayda mövcuddur:
1. Tanınmış insanlar, cinsi böhtanlardan xilas ola biliblər. Nümunə kimi Bill Klinton, Dominik Strauss Kan və Silvio Berluskonini göstərmək olar.
2. Hüquqi prosedur əsasən qadınların və homoseksualların əleyhinə işləyib.
İlk yazılı qanunlar bizə şumerlərdən qalıb. O dövrün yazılı qanunlarında vəziyyət belə idi: Evli qadın, kişini yoldan çıxardığı zaman qadın öldürülür, kişiyə isə toxunmurdular. İllər ötdükcə, kişilərin də öldürülməsi məsələsi gündəmə gəldi, amma qərar “qadının sahibi”nə, yəni kişinin ixtiyarına buraxıldı: Öldürə də bilərdi, süründürmək haqqı da vardı. Şumer qanunları zina edən qadınlara adını təmizləmək şansı da verirdi: Əli-qolu bağlı halda çaya atılan qadın batsa, günahkar sayılırdı. Çaydan xilas ola bilsə, ailəsinə qayıda bilərdi. Lakin, heç kim xilas ola bilmirdi.
Berkovitz, Mesopotomiya dövründən qalan bir çox nümunələri incələyib və yazıb. Qədim Yunanıstanda isə vəziyyət qəliz olub: Kişilərin arvadlarına xəyanət etməsində problem olmayıb. Başqa kişinin arvadıyla yatmaq pis qarşılanmırmış. Ancaq yataqda yaxalanmamaq şərtiylə. Çünki, bu vəziyyətdə, aldadılmış ər, şahid tapa bilsə, arvadının oynaşını yerindəcə öldürə bilərmiş. Ərin oynaşı ev dustağı edərək ailəsindən onu buraxmaq üçün pul istəməsi də mümkün imiş. Xalqın tələbinə əsasən belə bir qayda da müəyyənləşmişdi: Aldadılmış ər, oynaşı şəhərin meydanına aparıb, cinsiyyət orqanını hamının gözü qarşısında dağlaya bilərdi (o vaxt üçün təhqiredici addım idi). Daha alçaldıcı və xalqın sevdiyi üsullardan biri oynaşın anus dəliyinə yad əşya soxmaq olub.
Qədim Yunanıstanda insanlar evlilik məsələsini ciddi yanaşmayıblar. Kişilər başqa yerlərdə əylənməyə üstünlük veriblər. Evlənəndən sonra qadınları ev dustağı ediblər, ailə namusu məsələsinə həssaslıqla yanaşıblar. Hətta ərlə arvadın bir-birini tanımadığı hallar da olub. Buna görə də hüquqşünas afinalı Solon, yazdığı qanunlarda ərlə arvadın ayda üç dəfə sekslə məşğul olmasını məsləhət görürdü.
Belə bir vəziyyət Roma imperatoru Avqustu da düşündürüb. Sparta və Roma kinolarında izlədiyimiz seks səhnələri heç də fantaziya məhsulu sayılmamalıdır. Kişilər sosial mövqeləri imkan verdiyi qədər qadın, kişi, qul, fahişə və aktyorlar arasından istədiyiylə yatır, qanuni arvadlarına o qədər də üz vermirdilər. Bu qeyri-qanuni münasibətlərdən doğulan uşaqlar imperiyanın siyasətinə uyğun gəlmirdi və imperator Avqust vəziyyətdən çıxış üçün “hər ailəyə üç uşaq” qanunu imzalamışdı.
Avqust kişilərə “Sekslə məşğul olun, xüsusən də arvadınızla” deyə xitab edib. İmperiyada xristian dininin yayılmasıyla vəziyyət dəyişib. Din xadimləri belə düşünürdü ki, seks iyrəncdir. Buna görə də anal və oral seksə qadağa qoyulmuşdu, homoseksuallıq və heyvanlarla intim əlaqə dəlilik hesab edilirdi, masturbasiya və abort isə ümumiyyətlə gündəmdə olmayıb. Cəzalar dövr və coğrafiyaya görə dəyişib. İspaniya İmperiyası isə ən sərt qərarı verib: Arvadlarıyla anal seks edən kişilər ölümə məhkum edilirdi.
Homoseksuallığa görə cəza verən daha çox sivil məhkəmələr olub. İspaniyada homoseksual münasibətdə olduğu təsdiqlənənlər öldürülür, cinsiyyət orqanları boyunlarına dolandırıldıqdan sonra şəhərin meydanında ayaqlarından asılırdılar. Heyvanlarla münasibətdə olan insanın öldürülür, heyvan isə yandırılırmış.
Orta əsrlərdən sonra dinin cinsi həyat üzərindəki hegemonluğu az da olsa yumşalıb. Ancaq qanunların seksə qarşı marağı ölməyib. XVI əsrin əvvəlində İngiltərədəki kilsə məhkəmələrində hər dörd insandan biri cinsi ittihamla məhkum olunub. Evli cütlüklər “seksdən zövq aldıqları”na görə cəzalandırılıblar. Məhkəmələrin əsas vəzifəsi, qadınların “fahişə” olub-olmaması barədə qərar vermək idi.
Mesopotomiyadan üzü bu yana, qanunlar, qadının cəmiyyət arasında yerini müəyyən etməkdə çətinlik çəkirdi. 1851-ci ildə Vyanada tapılan polis qeydlərində, şəhərdəki 50 min qadının 30 mini fahişə kimi göstərilib.
Mətbəənin kəşfindən sonra yayılan pornoqrafiyanın (“Fahişələr haqqında yazı” mənasını verən yunan pornoqrafe sözündəndir) qarşısına heç bir zaman sərhəd çəkə bilməyiblər. İohan Quttenberqin kəşfi sadəcə müqəddəs sözləri xalqa yaymaqda istifadə edilməyib.
İlk pornoqrafik bestsellerlər, maraqlı da olsa, pornoqrafiyaya qarşı çıxan yerdə-Vatikandakı Konstantin Salonunda yaranıb. Vatikanda çap olunan “Postures” adlı kitab Lüter, Kepler, Qaliley, Makiavelli və Bokakkionun yer aldığı qadağan olunmuş kitablar siyahısına birincilərdəndir.
XIX əsrin sonlarında, amerikalı Antoni Komstok yaratdığı Nyu York Əxlaqsızlıqla Mübarizə Dərnəyi vastəsilə antipornoqrafiya haqqında qanunun qəbuluna nail olub. Qırx il, dərnək vasitəsilə əxlaqa pis təsir göstərən kitabları satışdan yığışdıran Komstok “Vampir” nəşriyyatını bağlamaqla bərabər, 61 vaqon insanı məhkəməyə göndərib. “Nyu York Taymz” qəzeti Komstoku müdhiş adam kimi xarakterizə edib. ABŞ-da 15 nəfər Komstoka görə intihara əl atıb. Yüz ildən sonra dünya çox sürətlə dəyişib. Komstokun düşüncələrinə görə bu cür yazıları oxumağa icazə vermirdilər. Ancaq bu gün oxuyursunuz...
Hazırladı: Fərid Mirzəyev
Seks və cəza...
16 avqust 2012
06:00
6453 dəfə oxunub