#

Kişilər üçün 69 qayda

Kişilər üçün 69 qayda
13 avqust 2012
# 05:00

Kulis.az qocaman ingilis jurnalisti Toni Parsonsun kişilər üçün 69 məsləhətini təqdim edir.

1. Nə qədər yavaş hərəkət etsəniz, o qədər də tez ölərsiniz.

2. Diş həkiminə və səyahətə xərclədiyiniz pul heç vaxt havayı xərclənmiş pul sayılmaz. Məqsədiniz gözəl dişlər və xoş xatirələrlə ölmək olsun.

3. Kişi hər zaman pulunun çatdığı ən yaxşı mühasibatçı və idman məşqçisiylə çalışmalıdır.

4. Ayrılmağa hazırlaşmadığınız qadını aldatmayın.

5. Anal seksi və sado-mazo söhbətləri boş verə bilərsiniz, amma ən azından bir dəfə üç nəfərlik sekslə məşğul olmalısınız. Hadisənin böyük hissəsində aranızdan birinin pəncərədən çölə baxacağını bilin. Bu adam çox güman ki, siz olacaqsınız.

6. Heç vaxt həyatınızı birlikdə keçirməyə niyyətli olmadığınız biriylə evlənməyin. Orta hesabla evlilik 10 il davam edər, demək ki, həyatınızı bir qadınla yaşamayacaqsınız kimi görünür. Yenə də məqsədiniz bu olmalıdır.

7. Əgər işiniz “Rolling Stojnes” qrupunda gitara (bas yox, ritm) ifa etmək deyilsə, 25 yaşına çatdığınızda narkotiki keçmişdə buraxmış sayılırsınız.

8. Heç vaxt qadını, uşağı, heyvanı və çənənizi qıracaq gücdə olmayan adamı vurmayın.

9. Heç vaxt vurmağa davam etməyə hazır olmadığınız birini vurmayın.

10. Heç vaxt içkili olduğunuz üçün kimisə vurmayın. Amma qarşınızda sərxoş olan varsa onu vurmağınız lazım ola bilər.

11. Heç vaxt bundan qaçaçaq vəziyyətdəykən kimisə vurmayın. Birinə vurmaq üçün yalnız iki yaxşı səbəb var: Həyatınız üçün savaşırsınız və ya ailənizə söyüblər.

12. Əgər kimisə vuracaqsınızsa, düzgün vəziyyətdə vurmağa çalışın, vəhşicəsinə, ritmik yumruqlar atmaqdan çəkinin. Yumruqlarınız inşaat nərdivanı qədər düz olmalı və irəli getdiyi kimi sürətli halda geri qayıtmalıdır. Burada istisna boks zərbələridir, gücünüzü də qoldan yox ayaqdan almalısınız. Sizə hücum edən adama vurulacaq yaxşı zərbə, onun həm qabırğalarını həm də iradəsini qırmalıdır.

13. Əgər evli qadınla birlikdəsinizsə, xoşbəxt evli olduğuna əmin olun. Kədərli evliliyi varsa sizi münaqişə bölgəsinə çəkəcəkdir.

14. Təcrübəli olmaq vacibdir. Heç bir zaman kobudluq etməyin.

15. Bəzən uğursuzluğa düçar olacaqsınız. Uğursuzluğa düçar olmağı gözləyin. Uğursuzluğun ruhunuzu qüvvətləndirməsinə izn verin. Uğursuzluğunuzla qüvvətlənin və uğurlarınız üçün minnətdar olun. Gecə və gündüz kimi ikisi də hər kəsin həyatında mütləq olacaqdır.

16. Dizlərinizə diqqət edin. İdman edirsinizsə qısa müddətdə taqətdən düşəcəklər. İdmanla məşğul olmursunuzsa, birdən gücünü itirəcəklər. Bu vəziyyətin də övladınızın idman etdiyi ilk gün, valideynlər arasındakı yarış vaxtı yaşanacağı dəqiqdir.

17. Birlikdə olduğunuz qadınla ucadan danışırsınızsa, deməli səhv qadınla birlikdəsiniz.

18. Atanızla ucadan danışırsınızsa, bu təbiidir ancaq uzlaşmaq üçün əlinizdən gələni etməlisiniz. Atalar və oğulların birlikdə keçirdikləri zaman məhduddur. Atanızın dəfnində peşman olduğunuza görə yox, onu itirdiyiniz və yas tutduğunuz üçün göz yaşı tökməlisiniz.

19. Dünyada möhtəşəm qadın çoxdur, ancaq həyatınızda həqiqətən sevə biləcəyiniz qadınların sayı dörd və ya beşdir.

20. Gəzinti zamanı yaşadıqlarınız gəzdiyiniz yerdə qalır.

21. Kütlə qarşısında çıxış etmək və seks mövzusunda mütəxəssis olmağınız vacibdir. Kütləylə danışarkən heç vaxt qabağınızdakı yazıya baxmamağınız məsləhətdir. Cibinizdə qeydlər olsun, çıxışınızın hər beş dəqiqəsi üçün bir qeyddən istifadə edin və çıxışınızı buna görə müəyyənləşdirin. Kədərli hadisələri və sevdiyiniz zarafatları da qeyd edin. Sizi izləyənlər uğursuz vəziyyətdə olmağınızı istəməzlər. Hamısı gülmək, kövrəlmək, əylənmək istəyirlər. Sekslə məşğul olarkən prezervatifi tərs taxmadığınıza əmin olun. Tərs taxmaq asandır və prezervatifin partlamasını, spermanın sızmasını və müxtəlif fəlakətləri artıqlamasıyla mümkün edir.

22. Hansı körpüləri keçmək olar və hansıları yox, yaxşı öyrənin.

23. Başqasını özünüzdən daha çox düşünməyə hazır deyilsinizsə, deməli ata olmağa da hazır deyilsiniz.

24. Heç vaxt “The Big İssue” (İngiltərədə evsizlər tərəfindən hazırlanıb satılan jurnal) satanın yanından jurnalı almadan keçməyin. Bu xeyir iş deyil, sənətdir.

25. Uğur böyük ölçüdə kədər rejimi üstündə qurulur. Roki Balboa deyirdi ki: “Məsələ nə qədər qüvvətli vurduğunda yox, nə qədər sərt bir zərbəyə dayanıqlı olduğunda və dözüb-dözməyəcəyindədir”.

26. Heç vaxt çağrılmadan qapınızı döyən insandan bir şey almayın, həqiqətən həyatları məhv olmuş tiplər deyillərsə.

27. Vaxtınızı qısqanmaq ,nifrət etmək və ya “Wall Street: Money Never Sleeps” filmini seyr etməklə hədər etməyin.

28. Mümkünsə gedəcəyiniz hər yerə ayaqla gedin.

29. Yoldaşlarınızı düşünün. Onları sevin və dəyər verin. Səhv ediblərsə, onlara şans verin. Dostluq dəyərlidir. Ancaq bu dünyada hamımızın tək olduğumuzu da xatırlayın. Tək başına uçmaqdan heç vaxt qorxmayın. Tək doğulmusunuz. Tək öləcəksiniz.

30. Səhhətinizi fikirləşin. Xəstəliyə müqavimət göstərin. Hər kəs öləcək. Ancaq indi yox.

31. Vaxt-vaxtında sekslə məşğul olmasanız, prostatınız insan irqiylə daha əlaqəniz olmadığını hesab edəcək və sizi yerə yıxacaq. Prostat xərçəngindən öləcəksiniz.

32. Xarici görünüşündən asılı olmayaraq heç vaxt dəli bir qızla sevişməyin. Bunun lazımsız hərəkət olduğunu əzab çəkərək öyrənəcəksiniz. Səhər saat dörddə qonşunuzun avtomobilinə ”sənə nifrət edirəm” yazarkən bunu daha aydın başa düşəcəksiniz.

33. İşinizi sevin. Xoşbəxt həyat belə olur. Hər şey pis olanda işiniz sizi ayaq üstə saxlayacaq. Hörmətiniz, pulunuz, insanlarla ünsiyyətiniz və evdən çölə çıxmaq üçün bəhanəniz olacaq. Bir gün nifrət etdiyiniz işdə işləmək məcburiyyətində qala bilərsiniz... Bu təbiidir, yetər ki, çıxış qapısını necə tapacağınızı müəyyən edin.

34. Heç vaxt siyasətçiyə, fahişəyə güvənməyin. Həmçinin sizə pulsuz iş görmək istəyənlərə də. Çünki həyatda hər şeyin mütləq bir əvəzi var.

35. Əvvəllər sevdiyiniz insana nifrət etmək istəyinə bədəninizin hər bir hüceyrəsi ilə dirəniş göstərin. Nifrət etməməyə çalışın.

36. Mümkün olduqca artıq çəkini bədəninizdən uzaqda, saçları başınızda və cinsi orqanınızı sərt saxlayın. Bu əbədi gəncliyin müqəddəs üçlüyüdür.

37. Varlı olmağın arxasınca qaçın amma zənginliyə nifrət edin. Bütün pisliklərin kökündə pulsuzluq dayanır. Dünyada heç nə kasıblıq qədər insanın vaxtını əlindən almaz. Pul sizə xoşbəxtlik deyil, sadəcə vaxtı satın almaq olur.

38. Hər 10 qonaqlıqdan birindən zövq almağa çalışın. İki tərəfinizdə oturan qadınlardan biriylə və hətta stolun qarşı tərəfindəki sərxoş adamla danışmağa başlayın. Qonaqlıqlar əyləncə üçün verilmir. Əylənmək istəsəydiniz, evdə oturardınız.

39. Heç kim bir evliliyin bütün hekayətini tam olar bilə bilməz. Hətta ərlə arvad da.

40. Onsuz da əksər münasibətlər uzun sürür. Yenə də siz uşaqlarınızın başqa bir kişinin evində böyüməsinə icazə verməyin...

41. Münasibətlərdə kim qarşı tərəfə daha az diqqət yetirirsə, güclü tərəf də o olur.

42. Onları bacarığınızla təəccübləndirin. Onları savadınızla heyran edin. Heç vaxt istəksiz olmayın. Maraqlanın... Hər topu meydandan kənara vurmağa çalışın.

43. Qalın dəriyə sahib olmaq, siğortlalı olmaqdan daha faydalıdır.

44. Sizin üçün heç nə etməyən insanlara qarşı da nəzakətli və yaxşı davranın.

45. İnsanın özünə yazığı gəlməsi, insanı narkotikdən daha artıq məhv edir.

46. Heç vaxt onun bacısıyla sevişməyin, təbii həyatınızın sevgisi deyilsə. Ancaq baldızdan həyatınızın sevgisi olmaz.

47. Bütün klişelərdən uzaq durun.

48. Xoşbəxtlik müvəqqətidir, mühüm olan gəldiyi zaman onu görməkdir.

49. Həm yaxşı, həm pis bəxt var amma bəxtinizin yaxşı gətirəcəyinə etibar etmək, lotoreyadan uduş qazanacağınıza inanmağa bənzəyir.

50. Aeroportdakı mühafizə nəzarəti, ağlayan körpələr və nəqliyyatdakı sürücülər heç vaxt sizi hirsləndirməsin. Səbr, həyatın kiçik problemlərinin çoxunu aradan qaldırır. Ancaq bu da yeni bir dil, döyüş növü kimi öyrənilməli və mütəxəssis olması lazım olan istedaddır.

51. “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil”. Qurani-Kərim

52. Ancaq kök insanlar səhər yeməyi yeməz.

53. Ziyafətdə deyilsinizsə, heç vaxt günorta yeməyində içki içməyin.

54. Gecə gec saatlarda yeyilən ağır yeməklər, yuxusuzluq ölümə çatmağın sürətli yoludur. Əgər işinizə görə gec saatlara qədər restoranlarda olmağınız lazımdırsa, foto çəkilişinə hazırlaşan supermodel kimi yemək yeyin.

55. “Jet lag”in (saat qurşağını dəyişmək sindromu) ən yaxşı müalicəsi günəş işığıdır. “Paxmel”in müalicəsi “Qara Həkim”, yəni Koka-kola içməkdir (pəhriz yox, normal). İshalın ən yaxşı müalicəsi təzə qatıqdır. Sınmış ürəyin ən yaxşı müalicəsi isə yumşaq qanadlarda Aya səyahətdir.

56. Çoxlu lif yeyin. Den Martin həyatının son illərindəki xoşbəxtliyin səbəbini məşhurluğu, pulu və ya Frank Sinatrayla dostluğu yox, hər sabah uzun-uzun bağırsaqlarını çalışdırması olduğuna inanırdı.

57. Bədəninizi yaxşı saxlamağın ən yaxşı yolu, çətin şeyləri etməkdir: Yəni jim etmək və üzünüzə yumruq vurmaq.

58. Hisslərinizə güvənməyi öyrənin.

59. Hazırlaşmayın, başlayın. Zaman uçur.

60. “Məğlub edə bilmədiyiniz şeylər yaşamağı öyrənin” – Brus Springsten

61. Birindən başqa həyatınızdakı bütün qadınları aldadın.

62. 30 yaşınızdan sonra davamlı olaraq bədəninizi yoxladın. Damarlarınızdakı kalsiumun gözlənilməz dərəcədə çox olması, 17 yaşında olarkən birinin sizə sürpriz halda oral seks etməsi kimi hiss etdirəcəkdir.

63. Vərdişlər yaxşıdır. Vərdişlər sizi azad insan edər. Ancaq heç vaxt beş dəqiqə ərzində buraxmayacağınız vərdişiniz olmasın.

64. Oturaq həyata keçməzdən əvvəl yetərincə sekslə məşğul olun. Hər cür qadınla. Əgər yatdığınız qadınların sayını bilirsinizsə o zaman yetərincə sekslə məşğul olmamısınız deməkdir. Şair Con Betyeman, ölüm yatağında peşman olduğu barədə sualı belə cavablandırmışdı: “Kaş daha çox sekslə məşğul olardım”. Siz isə belə deyin: “Kaş daha az sekslə məşğul olardım”.

65. Problemdən uzaq durun. Sizi hiddətləndirən yerlərdən, futbol meydanlarından, publardan, kinoteatrlardan, restoranlardan uzaq durun.

66. Problemlərlə məşğul olmağa vaxtınız yoxdursa, heç vaxt telefona cavab verməyin.

67. Təhsilə qoyulan sərmayə, həmişə yaxşı gəlir gətirir.

68. “Həyat - göy üzündə çaxan şimşəkdir” – Budda .

69. Hər pozadan ləzzət alın.

# 5269 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #