Sumqayıt teatrında yeni tamaşa - “M.S.S.”

Sumqayıt teatrında yeni tamaşa - “M.S.S.”
25 sentyabr 2026
# 14:45

Sumqayıt Dövlət Dram Teatrında tanınmış yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “M. S. S. - mən səni sevirəm” pyesi əsasında “M.S.S.” tamaşası hazırlanır.

Kulis.az xəbər verir ki, “M.S.S.” adı ilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Ümüd Abbaszadə, bəstəkarı Telman Qəniyev, quruluşçu rəssamları Arif Müzəffərov və Nizami Dadaşev, rejissor assistentləri isə Ləman Məmmədli və Fazilə Rzayevadır.

Səhnə əsərində obrazları Əməkdar artistlər İlahə Səfərova, Xatirə Süleymanova, Sədaqət Nuriyeva və Elmira Kərimova, aktyorlar Şəhla Məmmədova, Gülnarə Qədirova, Vəfa Qurbanova, Mətləb Səfərli, Rövşən Əsgərov,Yeganə Məmmədvəliyeva, Sevda Cəlilova və digərləri canlandırırlar.

Tamaşanın süjet xətti məktəb mühiti, müəllim və şagird münasibətləri, insan həyatında iz buraxan duyğular və gözlənilməz ayrılıqlar üzərində qurulub. Əsərin əsas qəhrəmanı Sabah müəllimə üçün məktəb yalnız çalışdığı məkan deyil, həyatının mühüm bir hissəsidir. O, burada illər ərzində şagirdləri ilə mənəvi bağ qurub, onların həyatına toxunub və məktəbi öz dünyasının ayrılmaz parçasına çevirib. Lakin gözlənilməz xəstəlik Sabah müəllimənin həyatında hər şeyi dəyişir. Sevdiyi şagirdlərdən və illərlə qurduğu dünyadan ayrılmaq məcburiyyətində qalan müəllimənin gedişi məktəbdə dərin iz buraxır. Bu ayrılıq uşaqlar üçün də həyatın, sevginin və insan münasibətlərinin fərqli tərəflərini anlamağa səbəb olur. “M.S.S.”də müəllim və şagird münasibətləri yalnız təhsil çərçivəsində deyil, insan həyatında yaranan mənəvi bağlılıq kontekstində təqdim edilir.

Tamaşanın premyerası yaxın aylarda nəzərdə tutulur.

# 523 dəfə oxunub

Oxşar xəbərlər

“Pullu komediya”  tamaşasının premyerası olacaq

“Pullu komediya” tamaşasının premyerası olacaq

16:20 14 oktyabr 2026
Kventin Tarantino teatr rejissoru kimi debüt edir:  Baş rolu Saşa Baron Koen oynayacaq

Kventin Tarantino teatr rejissoru kimi debüt edir: Baş rolu Saşa Baron Koen oynayacaq

13:13 12 oktyabr 2026
Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

Bekketin məşhur əsəri Gənc Tamaşaçılar Teatrının səhnəsində - Premyera

12:44 12 oktyabr 2026
“Gözəl və Bədheybət”  təqdim olundu

“Gözəl və Bədheybət” təqdim olundu

15:26 10 oktyabr 2026
Rafael Dadaşov 80:  Akademik Milli Dram Teatrında anım gecəsi

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

11:34 10 oktyabr 2026
Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

Almaz Ələsgərovanın yubileyi səhnədə qeyd olundu

18:44 9 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər