Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi

Gənclər Kitabxanasında Anım Gününə həsr olunmuş sərgi
25 sentyabr 2026
# 18:20

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 27 Sentyabr – Anım Günü ilə əlaqədar Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Vətən müharibəsi: Tarixə yazılan qəhrəmanlıq” adlı təqdimat və kitab sərgisi hazırlanıb.

Kulis.az xəbər verir ki, təqdimatda 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin əsas mərhələləri, Azərbaycan xalqının birlik və həmrəyliyi, Azərbaycan Ordusunun keçdiyi Zəfər yolu və tarixi Qələbənin mühüm məqamları təsvir olunur.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan təqdimatın əsas məqamlarından biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad edilməsinə həsr olunub. Materialda Şuşanın azad edilməsi müharibənin taleyini dəyişən həlledici hadisə kimi təqdim olunaraq üçtərəfli Bəyanatın imzalanması, hərbi əməliyyatların dayandırılması və Ağdam, Kəlbəcər və Laçının Azərbaycana qaytarılması ilə bağlı məlumatlar təqdim edilir.

Təqdimatda şəhidlərin xatirəsinin yaşadılması istiqamətində görülən işlərdən də bəhs olunur, Bakı, Şuşa, Xankəndi, Hadrut və Gəncə kimi şəhərlərdəki memorial məkanlar, Zəfər Parkı, Zəfər Tağı və digər xatirə kompleksləri haqqında məlumat verilir.

Materialın yekun hissəsində isə Xarıbülbül və Dövlət Bayrağı Vətən müharibəsinin yaddaş və zəfər simvolları kimi təqdim edilir. Xarıbülbül Qarabağın və Şuşanın simvolu, Dövlət Bayrağı isə Azərbaycanın suverenliyinin və milli birliyinin rəmzi kimi diqqətə çatdırılır.

Təqdimat kitabxananın rəsmi saytında yerləşdirilib.

Kitabxanada təqdimatla yanaşı, “27 Sentyabr – Anım Günü” adlı kitab sərgisi də hazırlanıb. Sərgidə Vətən müharibəsi, Qarabağın tarixi, şəhidlərin həyat və döyüş yolu, Azərbaycan Ordusunun qəhrəmanlığı, milli birlik və Zəfər tariximizə həsr olunan kitablar sərgilənir.

# 492 dəfə oxunub

Oxşar xəbərlər

Avropada muzeylər təhlükə altında:  Sənət əsərləri nə dərəcədə qorunur?

Avropada muzeylər təhlükə altında: Sənət əsərləri nə dərəcədə qorunur?

18:00 16 oktyabr 2026
“Zona marağı”  filminin rejissoru Qəzza  haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

“Zona marağı” filminin rejissoru Qəzza haqqında sənədli filmə qarşı təzyiqləri pisləyib

16:00 16 oktyabr 2026
Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

Türkiyəli köşə yazarı axtarışa verildi - Hakimiyyətin zorla ələ keçirilməsinə çağırış

15:38 16 oktyabr 2026
"U2"  yeni mahnısını təqdim etdi

"U2" yeni mahnısını təqdim etdi

15:30 16 oktyabr 2026
Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

Fələstin haqqında uşaq kitabı yayımlanmadı - Nəşriyyatla müəlliflərin fikir ayrılığı

14:00 16 oktyabr 2026
Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

Nüsrət Kəsəmənli “Avara” filminə baxanda niyə hönkür-hönkür ağlayırdı?

13:00 16 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər