Vaqif Səmədoğlu əməliyyat olunmayacaq

Vaqif Səmədoğlu əməliyyat olunmayacaq
3 dekabr 2013
# 11:51

Vaqif Səmədoğlunun səhhətində dəyişiklik yoxdur. Xalq şairinin ailəsindən Kulis.Az-a verilən məlumata görə, Vaqif Səmədoğlu əməliyyat olunmayacaq: “ Hər gün əlaqə saxlayırıq, səhhəti normaldır. Əməliyyat gözlənilmir, ancaq müalicə prosesi keçəcək”.

Hazırda İsrailin paytaxtı Tel – Əviv şəhərində müalicə olunan Vaqif Səmədoğlunun ölkəyə nə vaxt qayıdacağı ilə bağlı isə dəqiq xəbər yoxdur.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin bədxassəli şişdən əziyyət çəkən Vaqif Səmədoğlunun xərclərini öz üzərinə götürməsindən sonra o, İsrailə yola düşüb.

Vaqif Səmədoğlu 1939-cu ildə Bakı şəhərində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasında təhsil alıb. 1968-71-ci illərdə Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında incəsənət redaksiyasının müdiri, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifələrində çalışıb.

II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

# 2999 dəfə oxunub

Müəllifin son yazıları

# # #