Zamanı məyus-məyus yerə baxanda görməliydik

Zamanı məyus-məyus yerə baxanda görməliydik
7 may 2015
# 09:53

Kulis Fərid Hüseynin "Biq Ben" şeirini təqdim edir.

Zamanı öz əqrəblərinlə çarmıxamı çəkmisən,

hər saatın tamamında

açılmaz sirlərin qapısınımı döyürsən?

Gərək saatları başımızın üstə yox,

ayağımızın altına vuraydılar,

biz zamanı başımızı qaldıranda deyil,

məyus-məyus yerə baxanda görməliydik.

Biq Ben, inan ki, vaxt getmir,

sadəcə avtomobil şüşətəmizləyənlərini xatırladan əqrəblərin

yorğun-arğın zamanın tərini silir.

Bir də, dünya belə dünyadı,

hünəri çatmır insanların deməyə ki,

uşaqların əlləri böyüklərinkindən daha çox öpülməlidi.

# 2180 dəfə oxunub

Müəllifin son yazıları

# # #