Ölümdə nə gördün axı bu yaşda? - ŞEİR

Ölümdə nə gördün axı bu yaşda? - ŞEİR
27 may 2015
# 14:15

Kulis gənc şair Elvin Bakiroğlunun “Fərəh üçün…” şeirini təqdim edir

Ürəyin susduğu, dayandığı an

Bir ana özünü oda yıxırdı.

Bir mələk yanırdı, o yandığı an

O biri mələklər hara baxırdı?...

…Gülüşün ölümə necə qalacaq?

Qolların torpağın qucağına dar.

Sən ölümə yaraşmırsan, balaca

Dəyişsin əynini ölüm zəhrimar.

Ölümdə nə gördün axı bu yaşda?

Ölüm səndə nəyi bəyəndi aldı?

Bu soyuqluq nə buzda var, nə daşda,

Ölümə halaldı, vallah halaldı...

Sən öləndə ölüm utanmadımı?

Səni ki öldürdü ta ölməz ölüm…

Səni yandıranda o yanmadımı?

İndi necə yaşayacaq bəs ölüm?...

# 1951 dəfə oxunub

Müəllifin son yazıları

# # #