"Xəzan yarpaqlarındakı ölüm mənə bəs edir..." - Amerikalı yazıçıdan sitatlar

"Xəzan yarpaqlarındakı ölüm mənə bəs edir..."  - Amerikalı yazıçıdan sitatlar
4 oktyabr 2026
# 10:30

Bu gün tanınmış ABŞ yazıçısı Enn Raysın doğum günüdür.

Kulis.az onun əsərlərindən sitatları təqdim edir.

- Mən hər zaman özümün müəllimi olmuşam, - deyə soyuqqanlıqla cavab verdim. — Və etiraf etməliyəm ki, həmişə ən sevimli şagirdim də elə özüm olmuşam.

***

İllər keçdikcə heç birimiz mahiyyətcə dəyişmirik, zamanla sadəcə kimiksə, daha artıq dərəcədə ona çevrilirik.

***

Bəsitlik və kobudluq həm fəlsəfədə, həm də əməllərdə bir-birinə bərabər anlayışlardır.

***

- Öldürmək mənim ruhuma yad bir şeydir, - deyə güclə eşidilən səslə cavab verdi. - Xəzan yarpaqlarındakı ölüm mənə bəs edir.

***

Kaş bu an sevgidən başqa nəyəsə inanmaq əlimdən gələydi, amma bacarmıram.

***

Məni məndən gizlət. Təhqir olunmuş halımı ört-basdır et, axı ömrümün çox hissəsində ölüdən bir fərqim olmayıb. Bir qanada çevril, qarmağa keçmiş balıq olmaq arzusundan qoru məni. Dadlı görünən bu miskin şərab məni kor edir. Bir də... ürəyimi al məndən ki, canım bu qədər yanmasın.

***

Çoxlu səsi eşidən kəs konkret bircə səsi duymaya bilər. Tək bir səsə diqqətlə qulaq kəsilən kəs isə qalan bütün səsləri susdurmalıdır.

***

Biz özümüzə xəyanət etmədən dəyişirik. Hikmət toplayırıq, amma səhvlərdən də sığortalanmırıq. Nə qədər yaşasaq da, insan olaraq qalacağıq - möcüzəmiz də, lənətimiz də bundadır.

***

Ağıl məna tapmaqda aciz qalanda, onu duyğular tapar. Əzablar ruhumuzu zənginləşdirir, həyatın rənglərini daha dərindən hiss etməyə, sözlərə qarşı xüsusi bir həssaslıqla köklənməyə vadar edir. Lakin bu, yalnız o zaman baş verir ki, həmin əzab və məhrumiyyətlər bizi büsbütün məhv etməsin, ruhumuzu dağıtmasın, bizi ətraf aləmi görmək və duymaq qabiliyyətindən, xəyal qurmaq bacarığından, eləcə də real həyatın ən sadə, eyni zamanda ən vacib təzahürlərinə hörmət və ehtiramla yanaşmaq hissindən məhrum etməsin.

***

Kişilər cismani həzzləri nifrət və qəzəblə uzlaşdırmağı olduqca yaxşı bacarırlar.

***

Tanrıya və ya İblisə yer olmadığı kimi, bizim üçün də yer yoxdur; fövqəltəbii olan hər şey bir metaforaya çevrilməlidir — istər Müqəddəs Patrik kilsəsindəki messa olsun, istər operada ruhunu satan Faust, istərsə də özünü Vampir Lestat kimi qələmə verən rok ulduzu.

***

İctimai əhəmiyyət daşıyan hər bir problem əslində heç vaxt mövcud olmamış «norma»lar baxımından qiymətləndirilir; insanlar təmtəraqdan və rahatlıqdan məhrum edildiklərini zənn edirlər, halbuki əslində heç kim heç vaxt bunlara yetərincə sahib olmayıb.

***

İndiki əsrin mahiyyəti məhz bundan ibarətdir. Dünyada məskunlaşan fanilər həmişəkindən daha realist və praktikdirlər; onlar möcüzənin zərrə qədər imkanını, fövqəltəbii olanın bircə eyhamını belə inkar edirlər.

Rus dilində tərcümə: Aydan Ağayeva

# 559 dəfə oxunub

Oxşar xəbərlər

"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

"Təcrübə -insanların öz səhvlərinə verdiyi addır..." - Oskar Vayldın sitatları

10:00 16 oktyabr 2026
Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

Mirxalis - Mirmehdi Ağaoğlunun yeni hekayəsi

13:00 15 oktyabr 2026
Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

Qalstuk müəllimin susmağı - Alov İnannadan böyüklər üçün nağıl

12:00 15 oktyabr 2026
Böyük balıqlar, balaca balıqlar – İtalo Kalvinonun hekayəsi

Böyük balıqlar, balaca balıqlar – İtalo Kalvinonun hekayəsi

11:00 15 oktyabr 2026
"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar

"Düşünmək prosesinin özü təhlükəlidir..." - Hanna Arendtdən sitatlar

16:00 14 oktyabr 2026
Bir fincan çay - Katrin Mansfildin hekayəsi

Bir fincan çay - Katrin Mansfildin hekayəsi

15:00 14 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər