“Quqark” qeydləri
11 may 2011
10:12
Bu gün Seymur Baycanın “Quqark”ı haqda qeydlərimi yazacam.
***
Bir dəfə şair Aqşin Yeniseyə sual vermişdilər ki, kitabın üz qabığı sənə nə deyir? “Deyir ki, mən kitabın üz qabığıyam”- cavabını vermişdi Aqşin. Amma kitabın üz qabığı bəzən daha çox şey deyə bilər. Seymur Baycanın “Quqark” romanının üstündə tank şəkli var. Tankın lüləsinin üzərinə paltarlar sərilib. Buna hərə bir cür şərh verə bilər. Mənim üçün bu müharibəyə ironiyanın ən gözəl formasıdır. Tank sonda paltar asmağa yarayır.
Seymur “Quqark” romanı da elə müharibə haqqındadır. Qarabağ müharibəsinin başlanması, iki xalq arasında münasibətlərin necə korlanması, müharibənin gedişi və sonrakı nəticələri.
***
Qarabağ müharibəsi haqda xeyli hekayələr, romanlar yazılıb, filmlər çəkilib. Ancaq yadda qalan və təsir edən bir roman adı çəkmək mümkün deyil. Səhv etmirəmsə, Qarabağ haqda yazılmış əsərlərdən ən diqqət çəkəni Aqil Abbasın “Dolu” romanı olub. Roman dərc olunandan sonra Qan Turalı “Dolu” haqda belə yazmışdı: “ “Dolu” romanı yazıçı Aqil Abbasdan çox, qarabağlı Aqil Abbasın romanıdır”. Qan Turalının bu yazısından sonra mən “Dolu”nu oxumamaq qərarına gəldim. Pafos, saxta vətənpərvərlik xörəyim deyildi.
***
Qarabağ haqda çəkilmiş filmlərə isə uşaqlıqdan baxmışıq. Bu filmlərin əksəriyyətində ermənilər həmişə saqqallı və kefli olublar. Mən son illərə kimi elə bilirdim, erməni kişilərinin hamısı saqqallıdır. Bu filmlərin hamısında düşmən obrazı birtərəfli yaradılıb. Bu filmlərlə insanlara vətənpərvərlik hisslərini aşılamaq yox, olan qalan hisslərini də almaq olar.
***
Bu yaxınlarda Vahid Mustafayevin “Yaddaş” filmi də ekranlara çıxdı. Mən filmin bir neçə seriyasını ANS-dən izlədim. Özümü film mütəxəssisi, ciddi ədəbiyyat adamı, sənətdan başı çıxan adam hesab eləmirəm. Sadəcə bir-iki yaxşı filmə baxmış adam kimi “Yaddaş”ın peşəkarlıqdan uzaq olduğun açıq aydın görmək olur. Eyni pafos, eyni döyüş səhnələri, eyni söyüşlər. Və məğlub Azərbaycan əsgərinin qalib obrazında təqdim edilməsi.
***
Qayıdaq Seymurun romanına. Seymur Baycan Füzulidə doğulub. Qarabağ müharibəsini gözləri ilə görüb. Ağrılarını, acılarını yaşayıb. Ancaq Aqil Abbasdan fərqli olaraq, Seymur romanını qarabağlı kimi yazmayıb. Seymur təsvir edib. Nəticə çıxarmağı isə oxucunun ixtiyarına verib.
Faciələri soyuqqanlılıqla, tərəf tutmamaqla, obyektiv yazmaq çox çətindir. Mənim fikrimcə, Seymur bunu bacarıb. Özü roman haqda belə deyir: “Mənim müharibəyə baxışım bir az başqadır. Sözün qısası, müharibə mövzusunda əsər yazan adam bir az “əclaf adam” olmalıdır. Mən də bu ənənəyə sadiq qalaraq, bir az “əclaf adam” olmağa cəhd etmişəm”.
***
“Quqark” təkcə Qarabağ haqda deyil. Seymur adi insanların məişətindəki dəyişikliklərin fonunda bir imperiyanın çöküşünü göstərib. Bu dövrü yazmaq çox çətindir. Seymur özü də etiraf edir ki, imperiyanın çökməsi və yaranması mövzu dəryasıdır, ordan ancaq bir “çömçə” götürə bilib. “Tarixdə elə bir dövr tapılmaz ki, 1990-2000-ci illərə bənzəmiş olsun. Bu illər həm şən, həm kədərli, həm parlaq, həm də tutqun illər idi”.
***
“Quqark” Ermənistanda bir pioner düşərgəsidir. Əsərin qəhrəmanı (əslində, Seymurun özü) düşmən ölkədəki bu düşərgəyə mühazirə oxumaq üçün gedir. Orda Anuş adlı erməni qızına vurulur. Qız da Seymura aşiq olur.
“Çoxları elə bilir ki, mən robotam. Sevgi mövzusuna müraciət etməklə robot olmadığımı bir balaca sübut etməyə çalışmışam”. Bunu Seymur özü etiraf edir. Neçə ildir Seymuru tanıyan biri kimi onun sevgi səhnələrini bu qədər təsirliyi yazacağını gözləmirdim.
***
Romanın sonuncu hissəsi Seymurla Anuşun məktublaşmasıdır. Anuş Seymuru dəli kimi sevir. Onun üçün hər şeyi etməyə hazırdır. Amma Seymur bacarmır.
Arada bir çox səddlər var. İllərlə sürmüş müharibə. Müharibənin ağrılı nəticəsi məhz burda özünü göstərir. Bir-birini sevən bu iki gənc qovuşa bilmir. Anuş da əzab çəkir. Bir azərbaycanlı oğlanla yazışmaq ona baha başa gəlir.
“Əsərdə həm də üçüncü növ ölkədə yaşayan yaradıcı adamın həyatı təsvir olunur. Harda yaşayıram, necə dolanıram, nə yeyirəm, nə geyinirəm, nə düşünürəm…”- Seymurun özü kitabı haqda belə deyir.
Anuşla məktublaşlamalarda bu, açıq-aydın görsənir. Seymur Anuşa yazır: “Mən sənə heç nə verə bilmərəm. Bakıda borca yemək yediyim kafelər var. Başa düş, mənim üçün sevgisiz yaşamaq borca yemək yediyim kafenin sahibi Şirzadsız yaşamaqdan daha asandır”.
***
Seymurun “Quqark”ında yemək təsvirləri də boldur. Etiraf edək ki, Seymur yemək təsvirlərini çox gözəl yazır. Seymurun bundan qabaqkı “18.6 cm” romanında yemək əsərin demək olar ki, ana xəttini təşkil edirdi. Məncə, “Quqark”dakı belə təsvirlər yersizdir. Ümumiyyətlə, müasir ədəbiyyat təsvirlərdən maksimum dərəcədə qaçmağa üstünlük verir. Uzunçuluq indi insanları tez yorur. Təsəvvür edin, “Twitter” sosial şəbəkəsi sizə cəmi 140 işarədən ibarət bloqlar yazmaq imkanı yaradır. Qısa olmaq, uzunçuluqdan qaçmaq vacibdir.
Seymurun dili sadədir. Uzunçuluqdan kənardır. Qısa cümlələr adamı yormur. Əsəri bir nəfəsə oxuyub bitirmişəm. Ancaq Seymur əsərin bir çox yerində təkrarçılıqlara yol verir. Eyni hadisəni, eyni fikir bir neçə dəfə yazır. Seymur deyir ki, bu onun üslubudur. Ancaq nəzər almalıdır ki, müasir oxucu bundan yorula bilər. Kitabı evin bir küncünə atıb onun üçün daha maraqlı olan “Facebook”u aça bilər.
***
Seymurun “Quqark”ı yazmaqla əsərləri özü haqda “yaxşı publisistdir, yaxşı yazıçı deyil” fikrini darmadağın etdi. Əsər oxucular arasında çox maraqlı qarşılandı. Bir neçə aya min tiraj satılıb qurtardı. Əsərin ikinci basqısı artıq satışa çıxıb.

2401 dəfə oxunub