Murad Köhnəqala: “Bu kitabı sevdiyim xanıma həsr etmişəm”

Murad Köhnəqala: “Bu kitabı sevdiyim xanıma həsr etmişəm”
23 fevral 2015
# 16:34

Murad Köhnəqalanın “Yuxularım” adlı kitabı işıq üzü görüb.

Bu barədə Kulis.az-a Qanun Nəşrlər Evindən məlumat verilib.

Qanun Nəşrlər Evinin məlumatına görə, kitab “Yuxularım” adlandırılsa da, müəllif təsvir olunan hadisələrin heç birini yuxuda görməyib. Mətnlərin yazılışında yuxugörmədən, sadəcə, bədii forma kimi istifadə edilib. Tətbiq etdiyi metod sonsuz insan iztirablarını əhatəli təsvir etmək üçün müəllifə geniş imkan yaradıb. Hekayələri oxuyarkən, real və mistik dünyanın qorxunc hə­də­­­fində insan iradəsinin necə aciz olduğunu görə­cəksiniz.

Xatırladaq ki, kitabdakı yazılar Kulis.az-da dərc olunub.

Kitabla bağlı eksklüziv müsahibəni təqdim edirik.

- Murad bəy, təbrik edirik. İndicə xəbər tutduq ki, “Qanun” nəşrlər evi sizin “Yuxularım” adlı hekayələr kitabınızı işıq üzünə çıxarıb. Doğrusu, biz də sevindik. Əvvəla, çoxdandır ki, kitab çapı mənasında sizin tərəfdən atəşkəs idi. İkincisi, bizim üçün xoşdur ki, bu hekayələr kitabdan öncə Kulis.az dərgisində çap olunub.


- Çox sağ olun. Mən bu yaxınlarda “Facebook” vasitəsilə, kitabın üz qabığının surətini paylaşmışdım. Bilirdim ki, yaxın zamanda kitab nəşr olunacaq. Kitabın işıq üzü görməsi barədə məlumatı isə sizdən aldım. Yadınızdadırsa, mənim sonuncu “Bulud pinəçisi” adlı kitabım 2004-cü ildə çap olunmuşdu. Dediyiniz o “atəşkəs” haradasa, on il uzandı. Bu uzun fasiləyə baxmayaraq, hazırda kompüterimin yaddaşında dörd bitkin kitabım: Şeirlər, hekayələr, uşaq hekayələri və hazırda Lent.az saytında yazdığım avtobioqrafik romanım çap olunacağı günü gözləyir.
“Buzu sındırmaq” üçün nədənsə “Yuxularım” silsilə hekayələrimi seçdim. Bir şeyi də deyim, kitabda yer alan sonuncu - on dördüncü hekayəni, sürpriz olsun deyə saytda çap etdirməmişəm.


- Yazdığınız hekayələr həqiqi yuxularınız deyilmiş...

- Mən bu hekayələri yazarkən, fantaziyama geniş imkanlar açmaq və duyğularımı rəngarəng ifadə etmək üçün yuxugörmədən bədii forma kimi istifadə etdim. Mətnlərdə yuxugörmə detalları işlətsəm də, əslində, onların heç biri yuxu deyil. Mən bu “yuxuları” yatarkən yox, yazarkən, barmaqlarıma görmüşəm.


- “Yuxular”ın bəziləri dəhşət filmlərini xatırladır. Bu, nədən irəli gəlir?

- Son vaxtlar həyatımın çox həyəcanlı və gərgin dönəmini yaşadım. Qarabasmalara bənzər həyat palitram sevgi, əzab, həyəcan, faciə, xoşbəxtlik, məyusluq, peşmançılıq, yaşamdan yorulmaq, depressiyalarla rənglənərək biri-birinə qarışmışdı.
Cəmiyyətdə təklənmiş insanın iztirablarını bu hekayələr vasitəsilə oxucuya çatdırmaq istədim.


- Həm də kitabı sevdiyiniz xanıma həsr etmisiniz...


- Bəli, bu iztirabları onunla bir yerdə çəkmişik, bu yuxuları da onunla bir yerdə görmüşəm...

# 2297 dəfə oxunub

Oxşar xəbərlər

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

"O, ilk Xalq şairimizdir ki..." - Nəriman Həsənzadədən nəyi öyrənmişik?

10:00 23 fevral 2026
"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

"Bütün tələbələrin söyüş söyməsi ağlabatan görünmür..." - Siz niyə susursunuz?

15:00 22 fevral 2026
“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

“İşığın ayaq səsləri”ni eşitdinizmi, gördünüzmü? - Faiq Balabəyli

14:54 18 fevral 2026
Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

Kişi “kim üçün?” sualının cavabını tapmalıdır... - Anar Şamil

11:30 18 fevral 2026
Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

Baş qəhrəmanla eyni əhəmiyyət dərəcəsinə qaldırılan siçan obrazı... - Elnarə Qaragözova

13:00 17 fevral 2026
"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara  xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

"Adam bir də ayılır ki, mafiyanın içindədir..." - Çayxanalara xərclədiyimiz pulu niyə kitablara ayırmırıq?

12:00 17 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər