Yazıçıların və deputatın qonarar həmrəyliyi

Yazıçıların və deputatın qonarar həmrəyliyi
15 noyabr 2012
# 15:44

Millət vəkili Nizami Cəfərov dünən Milli Məclisdəki çıxışı zamanı yazıçılara qonorar verilməsi məsələsinə toxunub. N. Cəfərov büdcədən maliyyələşən “Azərbaycan”, “Ulduz” jurnallarına, “Ədəbiyyat” qəzetinə ayrılan vəsaitlərin artırılmasını təklif edib. Deputatın sözlərinə görə, ancaq bu halda həmin nəşrlərin yazıçılara normal qonorar verə bilər.

Kulis.az millət vəkilinin səsləndirdiyi fikirlə bağlı ədəbiyyat adamlarının mövqeyini öyrənib.

Xalq yazıçısı, 1978-83-cü illərdə “Azərbaycan” jurnalının baş redaktoru olmuş Əkrəm Əylisli indiki qonorar sistemini başıpozuqluq adlandırıb: “Bu sistemi yenidən qurmaq lazımdır. Nizami müəllimin səsləndirdiyi fikri alqışlayıram və istərdim ki, bu tək büdcədən maliyyələşən qurumlara yox, əksər ədəbi orqanlara aid edilsin. Yazıçılar üçün imkan yaradılmalı, hər yazıya görə onlara yaxşı qonorar verilməlidir. Belə olsa inanın ki, vəziyyət düzələcək. Bu yaxınlarda oxudum ki, Markes beş dəqiqəlik çıxışı üçün 40 min dollar tələb edir. Pula görə yazmaq xəcalətli bir şey deyil. Yaxşı qonorar veriləndə yazıların keyfiyyəti də yüksələcək. Çünki yaxşı qonorar alan yazıçıdan aldığı qonorar görə yaxşı iş tələb olunacaq. Maddi maraq olmadan səmərəli iş görmək mümkün deyil. İnsan əməyinə dəyər verilməlidir”.

Sovet dövründə qonorarın yüksək olduğunu söyləyən Ə. Əylisli buna görə yazıçıların yaxşı dolandığını da qeyd edib: “Televiziyada etdiyin böyük çıxışa görə verilən qonorarla bir ay dolanırdın. “Azərbaycan” jurnalının baş redaktoru olduğum müddətdə jurnalın büdcəsi çox deyildi. Ancaq buna baxmayaraq yaxşı qonorar verirdik. Maaşım 240 manat idi və bu maaşla Moskvaya gedib, bir həftəlik istirahət edirdim. Bir dəfə rəhmətlik Süleyman Rəhimovun jurnalda çap olunan yazısını ixtisarla çap etdim. Zəng etdi ki, Əkrəm, niyə yazılarımı ixtisar etmisən? Mən yaxşı yaşamağa öyrəşmişəm. Yəni, yazıçılar o dövrdə yazıları hesabına gözəl həyat sürürdülər”.

“Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli deyib ki, üç ildən çoxdur rəhbəri olduğu jurnala ayrılan vəsait artırılmır: “Ölkədə qiymətlər artır, ancaq “Ulduz” jurnalına ayrılan dotasiyanın həcmi artmır. Yazıçıların problemlərinə, qayğılarına yardımçı ola bilmirik. Əlbəttə ki, qonorar fondumuz yüksək olsa biz də yazıçılara normal qonorar verərik. Jurnalda qonorar 20 – 40 manat arasında dəyişir. Bu baxımdan mən düşünürəm ki, Nizami Cəfərovun qaldırdığı məsələ aktualdır və biz bu məsələdə xeyli gecikirik. Bizə illik 66 min manat pul ayrılır. Qonorar fondu da təxminən büdcənin səkkiz faizi həcmindədir. İşçilərin maaşı, çap xərclərini də əlavə etsək, vəziyyət heç də ürəkaçan deyil”.

Yazıçı Cavid Zeynallı isə millət vəkilinin təklifini gecikmiş addım hesab edib: “Yaxşı təklifdir, ancaq bu təklif illər əvvəl səslənməli idi. Əslində, hamıya məlumdur ki, bu gün Azərbaycan yazıçılarının maddi durumu acınacaqlı vəziyyətdədir. Dövlət büdcəsindən maliyyələşən ədəbi orqanlarda verilən qonorarlar yazıçıya verilən dilənçi payıdır. Məsələn, “Ulduz” jurnalı bir hekayəyə görə 10-15 manat qonorar yazır. Bunun söz adamını alçaltmaqdan başqa adı yoxdur. Bu jurnal rəhbərliyinin günahı deyil. Onlar da açıq etiraf edirlər ki, 500-600 manatlıq qonorar fondu ilə yazıçılara normal qonorar yazmaq olmaz. Açığı, “Ədəbiyyat” qəzetində heç vaxt dərc olunmamışam və bundan sonra da belə bir fikrim yoxdur. Amma bildiyim qədəriylə kifayət qədər maliyyə imkanı olan bu orqanda da qonorar qənaətbəxş deyil”.

# 3704 dəfə oxunub

Oxşar xəbərlər

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı  haqqında nə yazırdı?

"Axı qalasıyam yadında sənin..." - Zəlimxan Yaqub Ağa Laçınlı haqqında nə yazırdı?

12:00 5 may 2026
Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

Qərib və yaralı ruhun qayıdışı - Elnarə Akimova

11:30 5 may 2026
90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

90-cı illərdən yazıb Qarabağı unutmaq olarmı? - İlham Əzizin romanındakı böyük boşluq

12:00 4 may 2026
Şehlə günahını yuyan şair - Esmira İsmayılova

Şehlə günahını yuyan şair - Esmira İsmayılova

11:20 4 may 2026
"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

"Mif özünü sübut etməyə ehtiyac duymur..." - “Sevgili cin” hekayəsinin sirri nədir?

16:30 1 may 2026
"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

"Ana obrazını şizofreniya xəstəsi kimi təqdim etmək doğru deyil" - Vüqar Vanın kitabını niyə almamışdım?

12:00 1 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər