Dodaqlarımdan minlərlə dua düşür, döşlərinin daş kimi gilələrinə

Dodaqlarımdan minlərlə dua düşür, döşlərinin daş kimi gilələrinə
24 fevral 2015
# 14:13

sonuncu şam yeməyi duası

mən bu binanın intihar mərtəbəsiyəm,

qarson, bir qədəh buzlu viski - zəhmət olmasa...

dırnaqlarının lakı tökülüb...

pardon,

qadınların xəyal qırıqlığı var üzərimdə

üzgünəm...

inqilaba qalxacaq xalq kimiyəm

təlatümlü, narahat...

soyuqdan qar üstündə vurnuxan

dən axtaran sərçənin qorxaqlığını daşıyıram gözlərimdə...

çatlamış dodaqlarımda,

illərin susuzluğu...

biləklərimdə kütləşmiş ülgücün sızıltısı var

və siz, xanım...niyə bu qədər gözəlsiniz???

ağlayanda kosmetikası üz-gözünə bulaşan

nifrin,

kədər,

bir az fəryaddır qadın...

əllərin kəpənək qanadlarıdır

və siz, xanım...niyə bu qədər hüznlüsünüz?

yəqin çox incidiblər sizi,

lütfən...ağlamayın...

dodaqlarınızı sıxın dişlərinizlə

danışmayın...

siqaretimin kötüyündə qalan nəminlə,

hər sabah əllərimi yuyuram...

dodaqlarında donan təbəssümündə

günəşi axtarıram...

şəhərin səmasındakı bütün buludları qovuram...

bütün minarələrdən iniltini duyuram

və bütün küçə lampalarından baxışların boylanır...

və siz, xanım... Nədən bu qədər müqəddəssiniz?

sinənə toxunduğum andan,

günlərin düzümünü itirmişəm...

süd qoxuyur dodaqlarım...

dodaqlarımdan minlərlə dua düşür,

döşlərinin daş kimi gilələrinə....

...dodaqlarımda donmuş dualarla,

yalvarıram:

“Eli, eli lema seviktani?”*...

əllərimdə bədənin hərarəti,

qulaqlarımda iniltin,

gözlərimdə ürkək baxışların,

və ziyarətə gələn zəvvar kimi yüyürürəm,

bədənin qoxusuna

ləbbeyk!!!

və siz, xanım...nədən bu qədər uzaqsınız?

* “Tanrım, tanrım məni niyə tərk etdin?” (İncil; Matta 27-46). İsanın çarmıxa çəkiləndən altı saat sonra pıçıldadığı sözlər.

# 2777 dəfə oxunub

Oxşar xəbərlər

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

15:00 29 aprel 2026
"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər