Taqora görə Hindistanla Çin arasında narazılıq yaşandı

Taqora görə Hindistanla Çin arasında narazılıq yaşandı
6 yanvar 2016
# 10:51

Hindistan ədəbiyyat adamları bir çinli naşiri kəskin tənqid atəşinə tutublar.

Çinli naşir görkəmli hind şairi, Nobel mükafatını almış ilk qeyri-avropalı (1913) Rabindranat Taqorun əsərlərini çinli tərcüməçi və yazıçı Feng Tangın tərcüməsində nəşr edərək, satışa çıxarıb. Hindistanlılarsa oxuyub qəzəbləniblər; tərcümələr nəinki orijinaldan uzaqdır, tərcümələr “həddindən artıq vulqardır.”

Ən çox tənqid doğuran cümlələrdən biri R.Taqorun “Dünya ənginlik maskasını öz sevgilisi qarşısında çıxarır” cümləsini tərcüməçi Feng Tangın "Dünya öz şalvarının zamokunu sevgilisi qarşısında açır” kimi tərcümə etməsidir.

Çinin sözügedən nəşriyyatı (“Zhejiang” nəşrlər evi) isə cavabında Taqorun həmin “Sərsəri quşlar” adlı tərcümə kitabını satışdan yığışdırmağa başladığını, "tərcümələri yenidən nəzərdən keçirəcəklərini" bəyan edib.

Rabindranat Taqora Hindistanda ədəbiyyat dühası kimi ehtiram edilir /oxu zalı/

# 1845 dəfə oxunub

Oxşar xəbərlər

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

"Şərif Ağayarın ən böyük günahı oxucunun intellektinə güvənməməsidir..." - Orxan İsmayılov

13:00 14 may 2026
Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

Seymur Baycan haqlı idi? - "Qəvvas"ın görünməyən tərəfləri

10:00 14 may 2026
İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

İngilis ədəbiyyatının "melanxolik kraliçası" - Dafna dü Morye kimdir?

14:10 13 may 2026
Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

Onun əl işlərini Beyons, Ledi Qaqa kimi məşhurlar istifadə edir - Milanda yaşayan azərbaycanlı dizaynerlə müsahibə

15:54 12 may 2026
"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

"Keçmişin “mirzəsi” indinin “yazarı”dır" - Ədəbiyyatımızdan "yazıçı" sözünü kimlər niyə sildilər?

12:00 12 may 2026
Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

Bu hekayə dərin psixoloji nəsr nümunəsidir - Sevil Hidayət

12:05 10 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər