Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi

Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirildi
19 dekabr 2025
# 18:15

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan İstiqlal Muzeyi ilə birgə Xalq Cümhuriyyətinin banilərindən biri, görkəmli dövlət xadimi Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunan elmi konfrans keçirib.

Kulis.az xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli “İstiqlal Muzeyi Fətəli xan Xoyskinin işığında” mövzusunda çıxış edərək, görkəmli dövlət xadiminin ictimai-siyasi irsinin muzey ekspozisiyalarında əks olunmasından və onun müstəqil dövlətçilik ideyalarının təbliğindən bəhs edib.

Akademiyanın Tarix kafedrasının müdiri, Əməkdar müəllim Firdovsiyyə Əhmədova “Fətəli xan Xoyskinin Azərbaycan dövlətçiliyində xidmətləri”, Türk Mədəniyyəti və İrsi Fondunun aparat rəhbəri Fəxri Hacıyev “Fətəli xan Xoyskinin Gürcüstanla bağlı siyasəti və qətli haqqında məlumatlar” mövzularında çıxış ediblər.

Konfrans çərçivəsində Fətəli xan Xoyskinin siyasi irsi, dövlət idarəçiliyi prinsipləri və müasir Azərbaycan dövlətçiliyi baxımından əhəmiyyəti geniş müzakirə olunub.

Tədbirin sonunda vurğulanıb ki, Fətəli xan Xoyskinin zəngin irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması milli dövlətçilik ideyalarının qorunması və təbliği baxımından mühüm əhəmiyyət daşıyır.

Sonda qonaqlar muzeyin hazırladığı "İstiqlalın Zərif imzası: Fətəli xan Xoyski" sərgisi ilə tanış olublar.

# 1290 dəfə oxunub

Oxşar xəbərlər

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

"TikTok"dan qlobal musiqi səhnəsinə gələn müğənni debüt albomundan danışdı

14:30 5 noyabr 2026
Sarah Maasın  yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

Sarah Maasın yeni romanı satış rekordu qırdı – Beş günə 188 mindən çox nüsxə

13:56 5 noyabr 2026
"Dreyfus işi":  İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

"Dreyfus işi": İlk antisemitizm qalmaqallarından biri sərgiyə çevrilir

13:30 5 noyabr 2026
Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

Stenli Kubrikin yaradıcılığı xüsusi kolleksiyada cəmləndi

13:00 5 noyabr 2026
"Evdə tək" filmi  animasiya olaraq yayımlanacaq

"Evdə tək" filmi animasiya olaraq yayımlanacaq

12:30 5 noyabr 2026
Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

Ondan tələb edirdilər ki... - Baba Pünhan şeirlərini niyə yandırmışdı?

12:00 5 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər