Bibiheybət məscidinin fonunda tapdanan mənəviyyat – Daha bir sərt cavab

Bibiheybət məscidinin fonunda tapdanan mənəviyyat – Daha bir sərt cavab
19 dekabr 2025
# 12:21

Mədəniyyət Nazirliyi rejissoru və ssenari müəllifi Suad Qara (Suada Qarayeva) olan “Məhsəti” qısametrajlı bədii filmi ilə bağlı qalmaqala münasibət bildirib, müəllifin iddialarına aydınlıq gətirib.

Kulis.az-ın məlumatına görə, nazirlikdən qeyd edilib ki, ekran əsərinə baxış zamanı şairə Məhsəti Gəncəvi obrazının bədii təqdimatında ciddi təhriflər aşkarlanıb:

“Sözügedən filmdə Azərbaycanın klassik ədəbi-mədəni irsində xüsusi mövqeyə malik olan Məhsəti Gəncəvi obrazının bədii təqdimatı zamanı ciddi təhriflərə yol verildiyi müəyyən edilib. Obrazın mənəvi kimliyi ilə bağlı səhnələrdə nəzərəçarpacaq dərəcədə kobud uyğunsuzluqlar qeydə alınıb. Eyni zamanda, ekran əsərində Bibiheybət məscidinin fonunda təqdim edilən sətiraltı mesajlarda milli-dini dəyərlərin toxunulmazlığı prinsipinə uyğun olmayan manipulyativ yanaşma və kontekstdənkənar mənalandırma cəhdləri müşahidə olunub”.

Nazirlikdən bildirilib ki, tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi yolverilməz hesab olunur:

“Klassik şairəmiz Məhsəti Gəncəvinin zəngin irsi dövlət səviyyəsində qorunur və yüksək ideya-estetik dəyər kimi təbliğ olunur. Belə bir tarixi şəxsiyyətin həyat və irsinin primitivləşdirilməsi, təhrif edilməsi və qeyri-adekvat kontekstdə təqdim edilməsi qətiyyən yolverilməzdir. Yuxarıda göstərilən normativ-etik xarakterli ciddi pozuntular və konseptual uyğunsuzluqlar nəzərə alınaraq, “Məhsəti” bədii filminə Yayım vəsiqəsinin verilməsi məqsədəuyğun hesab edilməyib”.

Xatırladaq ki, “Məhsəti” filmi bir müddət öncə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin təşkilatçılığı ilə keçirilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində baş tutmalı olan Bakı Beynəlxalq Film Festivalının proqramından da çıxarılıb.

Ekran əsərinin rejissoru və ssenari müəllifi Suad Qara dekabrın 4-də müraciət yayaraq qərara sərt reaksiya verib. Bundan sonra cəmiyyətdə “Məhsəti” ilə bağlı geniş müzakirələr başlayıb. Əksəriyyət S.Qaranın yanaşmasını və filmin süjet xəttini qınayıb, amma müəllifin tərəfini tutunlar da olub.

S.Qara dekabrın 17-də ikinci müraciət yayaraq dediklərinə görə üzr istəyib.

Qeyd edək ki, Suad Qara sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin qızıdır.

P.S. “Yeni Sabah” Mədəniyyət Nazirliyinə filmlə bağlı sorğunu qalmaqal baş verən günlərdə göndərmişdi. / “Yeni Sabah”

# 1333 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər