Azərbaycan əsilli yazıçı beynəlxalq mükafat aldı

Azərbaycan əsilli yazıçı beynəlxalq mükafat aldı
23 oktyabr 2017
# 14:23

Builki "LiBeraturpreis” ədəbi mükafatı Azərbaycan əsilli yazıçı Fəriba Vəfiyə təqdim edilib.

Kulis.azın artkaspi.aza istinadən verdiyi məlumata görə nüfuzlu mükafata namizəd qismində təbrizli yazıçının "Tərlan” romanı seçilib və münsiflər tərəfindən ilk onluğa daxil edilib.

Roman həmçinin satış və oxuma statistikası nəzərə alınaraq həm də "ilin kitabı” elan edilib. Almaniyanın "Litprom” ədəbiyyat fondu tərəfindən maliyyələşdirilən beynəlxalq ədəbi mükafat 1987-ci ildə təsis edilib. İlk mükafat isə 1988-ci ildə Qvadelupanı təmsil edən fransız yazıçı Mariz Kondeyə təqdim edilib. Bu mükafata layiq görülmüş qadın yazarın arasında Patrisia Qreys, Madlen Tien, Miçel de Kretser, Sabina Berman, Zoe Valdes kimi görkəmli yazıçılar da var.

Fəriba Vəfinin "Tərlan” romanı 9 müəllifin – Koreyadan eonq Yu-Jeonqun "Yeddi ilin gecəsi”, Kenyadan Yvonne Adhiambo Ovuorun "Səfərin bitdiyi yer” , Avstraliya və Svazilendi təmsil edən Malla Nunun "Sükut vadisi”, İrandan Gəranaz Musəvinin "Qadağan olunmuş bir qadının mahnıları”, Haitidən Ketli Marsın "Mən sağam”, sinqapurlu məşhur yazar Amanda Li Kunun "İctimai oyanış nazirliyi”, Cənubi Koreyadan Han Kanqın "Vegeteriyan”, Hindistandan Mina Kandasaminin "Düyü və küllər”, Livanlı Zeyna Abiraşidin "Şərq pianosu” romanlarını üstələyərək birincilik qazanıb.

"LiBeraturpreis” 1987-2012 illər aralığında müstəsna olaraq Afrika, Asiya, Latın Amerikasından olan qadın müəlliflərə verilən mükafatdır. Mükafatı mərkəzi ofisi Frankfurt-da yerləşən xristian kilsəsinin nəzdindəki "Bütün Xristianlar Birliyi” mərkəzi verir. Məqsəd bu qitələrdəki ölkələrin mədəni zənginliyinin önə çəkilməsidir. Mükafat, o cümlədən, bəzi tərcümələr etmiş müəlliflərə də təqdim olunur. 2013-cü ildən "LiBeraturpreis” mükafatının təqdimatı səlahiyyəti Kitab sərgisinin təşkilatçılarına məxsusdur. Məqsəd almandilli ölkələr üçün indiyə qədər tərcümə edilməmiş əsərlərin müəlliflərini ortaya çıxarmaq və naşirlərin diqqətini onlara cəlb eləməkdir. "LiBeraturpreis”in hazırki rəhbərliyi "Deutsche Welle”yə aiddir. Media qurumunun baş redaktoru İnes Pohl-dur.

Almaniyanın "Zuveyt” nəşriyyatı tərəfindən 2015-ci ildə alman dilinə tərcümə və nəşr olunan "Tərlan" romanı bu illər ərzində nəşriyyatın ən çox satılan kitabları siyahısında ilk pillədə qərarlaşıb. "Tərlan” romanı İranda Şah rejiminin devrilməsindən sonra baş verən hadisələrdən, solçuluq siyasi düşüncəsinə təmayülü olan bir təbrizli qızın siyasi düşüncəsindən dolayı başına gələn macəralardan bəhs edir. F.Vəfi 1962-ci ildə Təbrizdə doğulub. O, 11 cild qısa hekayə və roman kitablarının müəllifidir. Yazıçının "Mənim quşum” və "Tibet röyası” əsərləri İranın bir neçə mötəbər ədəbi mükafatına layiq görülüb. Azərbaycanlı yazıçının bir əsərləri ingilis, italyan, türk, alman, Norveç, fransız, rus, İsveç, yapon, ərəb, kürd dillərinə tərcümə olunub.

Qeyd edək ki, yaxın aylarda müəllifin "Mənim quşum” romanı "Parlaq İmzalar” nəşriyyatında işıq üzü görəcək.

# 1462 dəfə oxunub

Oxşar xəbərlər

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti  müzakirə

“Yeni ədəbiyyatı tanıyaq” layihəsi çərçivəsində növbəti müzakirə

16:57 18 noyabr 2025
"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..."  - Nüşabə Hüseynli

"Tənhalığın ardınca insan ömrünün finalı gəlirsə..." - Nüşabə Hüseynli

16:39 17 noyabr 2025
"Əli ilə Ninonun münasibəti  mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

"Əli ilə Ninonun münasibəti mədəni sintez və parçalanmanın modelidir..." - Sevgi nə qədər dözə bilər?

15:00 15 noyabr 2025
“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

“Unuda bilmirəm. Amaliya Pənahova” bədii-sənədli filminin təqdimatı olub

14:00 15 noyabr 2025
Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

Onların yeganə vəzifəsi cümlə düzəltməkdir? - Azərbaycanda bədii redaktor problemi

15:00 14 noyabr 2025
"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

"Mən onun mətnləri ilə nəfəs alıram..." - Həmkarlarının Saday Budaqlı barədə fikirləri

17:24 13 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər